Rakiura Milli Parkı
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Rakiura Milli Parkı (ing. Rakiura National Park) — Yeni Zelandiyanın Stüard və ya digər adı ilə Rakiura adasında yerləşən milli park. Milli park Yeni Zelandiyanın ən yeni milli parkıdır. 2002-ci ildə açılmışdır. Stüard adasının ərazisinin 85 %-ni əhatə edir.
Rakiura Milli Parkı | |
---|---|
ing. Rakiura National Park | |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 1570 km2 ha |
Yaradılma tarixi | 9 mart 2002 |
İdarəetmə orqanı | Mühafizə Departamenti |
Dağ | Tin dağları |
Yerləşməsi | |
46°54′ c. e. 168°07′ ş. u.HGYO | |
Ölkə | Yeni Zelandiya |
Yerləşməsi | Stüard adası |
Yaxın şəhər | Oban |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Rakiura Milli Parkı Yeni Zelandiyanın 14-cü milli parkıdır. Rəsmi olaraq 9 mart 2002-ci ildə Yeni Zelandiyanın baş naziri Elen Klark, mühafizə naziri Sandra Li və alpinist Edmund Hillari tərəfindən açılmışdır.[1] Yeni Zelandiyanın ən yeni milli parkıdır.
Milli park Yeni Zelandiyanın üçüncü ən böyük adası olan Stüard adasının 85 %-ni — 1570 km2 ərazini əhatə edir. Milli parkın yaxınlığında Halfmun körfəzində Oban şəhəri yerləşir.[1]
Milli parkın girişində Maori xalqını simvolzə edən zəncir heykəl yerləşir.[1] Bu heykəl açılış mərasimində təqdim olunmuşdur. 2008-ci ildə Bluff şəhərində eyni heykəl ucaldılmışdır.[2]
14 kilometrlik Rakiura cığırında yürümək milli parkda ən məşhur məşğuliyyətlərdən biridir. Milli parkda bir çox milli quş növünü görmək mümkündür. Rəsmilər hesab edirlər ki, Yeni Zelandiya ərazisində vəhşi təbiətdə kivi quşunu görmək üçün ən yaxşı yer Raiura Milli Parkıdır. Bu gəlinciklərin və qaqumların yoxluğuna görədir. Mərkəzi sahil bölgəsi təhlükədə olan sarı gözlü pinqvinlər üçün əhəmiyyətli çoxalma ərazisidir.[3] Uça bilməyən ueka quşunu ancaq sahildən uzaq adalarda tapmaq mümkündür.[4]
1970-ci illərdə nəslinin tükəndiyi hesab olunan kakapo Tin silsiləsində tapılmışdır. Tapılan növ nadir olduğundan milli parkın hissəsi olmayan Kodfiş adasına aparılmışdır.[5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.