RT-2UTTKh Topol-M
From Wikipedia, the free encyclopedia
RT-2UTTKh Topol-M"Topol-M" (rus. РТ-2УТТХ «Тополь-М», NATO adlandırması SS-27 "Sickle B") Rusiyanın nüvə başlığı daşıya bilən və dünyanın ən uzaqmənzilli ballistik raketidir. Sabit sürət və eyni müstəvidə hədəfə getməyən "Topol-M", hədəfə müxtəlif yollarla gedərək, bütün raketdən müdafiə sistemlərini alt-üst edir. Çox sürətlə yer dəyişdirə bilir. Onun üçün də hədəfə alınması və vurulması çox çətindir. Bu raket 11.000 km uça biləcək imkanlara malikdir və qitələrarası raketdir. Topol-M 45–47 ton ağırlığa malikdir, atom bombasından 52.5 dəfə güclü hesab olunur. Raketin uzunluğu 21.5 metrdir. Diametri isə 1.86 metrdir. Tək başlıqlıdır, lakin istənilən vaxt çox başlıqlı da ola bilir. Rusiyanın mobil "Topol-M" raket sistemlərinin strateji raket mərkəzi Moskvanın 240 km şimal-şərqində yerləşən Teykoşa şəhərində yerləşir. Verilən məlumatlara görə, 2010-cu ildə Rusiyanın cənub-qərbindəki Saratov şəhəri yaxınlığında yeni bir "Topol-M" sistemlərini əhatə edən yeni bir mərkəzin açılacağı söylənilirdi.[1]
RT-2UTTKh Topol-M | |
---|---|
Ölkə | |
İstismar tarixçəsi | |
İstismara başlanması | 1998 |
Vikianbarda əlaqəli mediafayllar |