Qəsidə
şeir növü / From Wikipedia, the free encyclopedia
Qəsidə — Böyük bir şəxsi və ya tarixi bir hadisəni mədh və tərif edən, adətən təntənəli, uzun lirik şeir[1].
Qəzəldən həcmcə böyük, on beş beytdən otuz-qırx beytədək olur. Qəsidələr ilk dəfə ərəb şeirində yaranmış, farsdilli poeziyada daha yüksək yer tutmuşdur[2].
Gəh tərzi-qəsidə eylərəm saz; Şəhbazım olub büləndpərvaz. Füzuli. [Xaqani:] Yazsaydım qəsidə əgər hər zaman; Şərqə tanınmazdı sevimli Şirvan. M.Rahim. Bazarda qəsidə oxuya-oxuya bir dərviş və yanında bir adam gəldi. Ə.Abasov. // Tərifnamə. ..Ya da “Məzhər” qəzetinin sahibi Kamil Əfəndi kimi gərək canişin həzrətlərinə birinci nömrəmizdə qəsidə oxuyaq ki, hökumət yanında hörmətimiz olsun. C.Məmmədquluzadə.
Qəsidənin qafiyə quruluşu qəzəldəki kimidir[3]. Amma qəzəldən fərqli olaraq, qəsidə ən azı 15 beytdən, yəni 30 misradan ibarət olur. Qəsidə təntənəli, təmtaraqlı üslubda yazılır. Qəsidə, bir qayda olaraq, ictimai mətləbləri ifadə edir. Mövzu və məzmununa görə qəsidənin minacat, nət, mədhiyyə, fəxriyyə, mərsiyə, həcv kimi növləri vardır[4].