From Wikipedia, the free encyclopedia
"Qəribə təsadüf və ya həmişə təmizlikdə" (rus. Ирония судьбы, или С лёгким паром!) — rejissor Eldar Ryazanovun rejissorluğu ilə 1975-ci ildə çəkilmiş ikiseriyalı sovet filmi.[2] SSRİ-də ilk nümayişi 1 yanvar 1976-cı il saat 17:45-də Mərkəzi Televiziyanın birinci proqramı ilə baş tutub.[3][4] İlk nümayişin auditoriyası 100 milyon tamaşaçı təşkil edib[3]; çoxsaylı tamaşaçı xahişi nəzərə alınaraq fevralın 7-də film təkrarən göstərilib. 1978-ci ilədək filmə televiziya vasitəsilə 250 milyon tamaşaçı baxmışdı.[5]
Qəribə təsadüf və ya həmişə təmizlikdə | |
---|---|
rus. Ирония судьбы, или С лёгким паром! | |
Janr | Komediya |
Rejissor | Eldar Ryazanov |
Ssenari müəllifləri |
Emil Braginski Eldar Ryazanov |
Baş rollarda |
Andrey Myaqkov Barbara Brılska Yuri Yakovlev Lyubov Dobrjanskaya |
Operator | Vladimir Naxabsev |
Bəstəkar | Mikael Tarıverdiyev |
İstehsalçı | "Mosfilm" kinostudiyası |
Distribütor | Netflix |
İlk baxış tarixi | 1 yanvar 1976[1] |
Filmin növü | bədii film |
Müddət | 184 dəqiqə |
Ölkə | SSRİ |
Dil | rus dili |
İl | 1975 |
Sonrakı film | Taleyin istehzası. Davamı[d] |
Rəng | rəngli |
IMDb | ID0073179 |
Vikianbarda əlaqəli mediafayllar |
Film kinoteatrlarda 295 nüsxə ilə nümayiş olunaraq, 7 milyon tamaşaçı toplamışdı.
1977-ci ildə SSRİ dövlət mükafatına layiq görülüb.[6][7]
Film satirik animasiya ilə başlayır. Filmin əsasını eyni layihə əsasında tikilmiş eyni tipli binalar (hətta müxtəlif şəhərlərdə) təşkil edir. Daha sonra ekranda Pavliki görürük. O, dostu Jenyanı hamama dəvət eləmək üçün onlara gedir.
Bu zaman baş qəhrəman – 36 yaşlı həkim Yevgeni Mixayloviç Lukaşin (Jenya) Yeni ili öz nişanlısı Qalya ilə keçirməyə hazırlaşır. Jenya İnşaatçılar küçəsi 3, ev 25, mənzil 12-də yaşayır. Jenya Yeni il gecəsi Qalyaya 2 illik tanışlıqlarından sonra təklif etmək istəyir.
Yeni ilə gecəsini keçirməmişdən qabaq Jenya adətə görə hər il olduğu kimi dostları Pavlik, Saşka və Mişka ilə hamama gedirlər. Pavlik elə həmin gecə Leninqrada uçmalı olduğunu deyir. Dostlar hamamda o qədər içirlər ki, hər biri möhkəm sərxoş olur. Nəticədə, Saşka və Mişka Leninqrada səhvən Pavliki yox, Jenyanı göndərirlər.
Pulkovo hava limanında ayılan Jenya bir taksiyə əyləşərək Moskvadakı evinin ünvanını deyir. Demə, bu ünvan Moskvadakı kimi eynilə Leninqradda da varmış. Özü də həmin ünvandakı bina bütünlüklə Moskvadakı binanın oxşarıdır. Çünki bu və bunun kimi neçə-neçə binalar eyni layihə əsasında tikilmişdi. Buna görə də Jenya heç nə olmayıbmış kimi sakitcə "öz" mənzilinə qalxır və təsadüfən onun açarı qapını açır. Jenya mənzilə daxil olarkən heç bir şeyə təəccüblənmir: burada mebel də daxil olmaqla hər şey onun evindəki kimidir. Jenya sərxoş halda çarpayını açır və uzanaraq yuxuya gedir.
Bir müddət sonra buraya mənzilin əsl sahibi 34 yaşlı rus dili müəllimi Nadejda Vasilyevna Şevelyova (Nadya) gəlir. O, öz Yeni ilini bir qədər sonra bura gələcək nişanlısı İppolitlə keçirməyə hazırlaşır. Nadya öz yatağında yad kişinin yatdığını görəndə dəhşətə gəlir. Nadya İppolit gəlməmiş onu tez oyatmağa çalışır.
Jenya isə elə bilir ki, qadın onun evinə soxulub. Buna görə də yuxulu-yuxulu müqavimət göstərməyə başlayır. Tezliklə hər şey aydınlaşır: Qalya Jenyanı Moskvada gözləyir, lakin o, nişanlısı İppoliti gözləyən Nadyanın evinə gəlib...
Bir azdan İppolit gəlir. Jenya tələsik geyinərək olanları ona başa salmağa çalışır və gedir. Cibində Moskvaya bilet almaq üçün pul olmadığını görən Jenya yenidən həmin mənzilə qayıdır. O, Nadya və İppolitdən borc istəyir. Nadya razılaşır. Amma İppolit hiddətlənərək çıxıb gedir. Jenya İppoliti izləməyə çalışır. Lakin heç bir şeyə müvəffəq olmur. İppolit öz maşınında cəld uzaqlaşır. Jenya əlacsız qalaraq mənzilə geri dönür. Nadya Jenyaya şərait yaradır ki, o, nişanlısı Qalya ilə telefonla danışa bilsin. Bütün Yeni il gecəsini birgə keçirən Jenya və Nadyanın bir-birilərinə simpatiyaları yaranır. Filmin sonunda onlar qovuşurlar.
Rusca (orijinal) adı | Azərbaycanca | Sözlərin müəllifi | Mahnının (şeirin) ifaçısı |
Со мною вот что происходит | Başıma nələr gəlir | Yevgeni Yevtuşenko | Sergey Nikitin (Jenya) |
Никого не будет в доме | Evə heç kim olmayacaq | Boris Pasternak | |
По улице моей | Mənim küçəmlə | Bella Axmadulina | Alla Puqaçova (Nadya) |
На Тихорецкую | Tixoreskayada | Mixail Lvovski | |
Если у вас нету тёти (Ария московского гостя) | Sizin xalanız yoxdursa (Moskvalı qonağın ariyası) | Aleksandr Aronov | Sergey Nikitin |
Мне нравится[8] | Mənim xoşuma gəlir | Marina Svetayeva | Alla Puqaçova |
Я спросил у ясеня | Mən göyrüşdən soruşdum | Vladimir Kirşon | Sergey Nikitin |
У зеркала | Güzgü qarşısında | Marina Svetayeva | Alla Puqaçova |
Баллада о прокуренном вагоне | Tüstü basmış vaqon haqqında ballada | Aleksandr Koçetkov | Andrey Myaqkov (Jenya) Valentina Talızina (Nadya) |
Alim və publisist S. Kara-Murza "Rus evindəki problemlər" kitabında ryazanovu qəhrəmanlarının "antisovetizminə", habelə "daxili mühacirlər"obrazlarının formalaşmasına və becərilməsinə görə qınadığı kritik bir məqalə yayımladı. Onun fikrincə, "taleyin ironiyası" filminin qəhrəmanları "bu dairəyə yaxın sosial xüsusiyyətləri olan o illərin tipik ziyalılarıdır", lakin otuz yaşlarında ailələri və uşaqları yoxdur, ancaq rahatlıq və maddi rifahla maraqlanan enerjili analar var. Film qəhrəmanlarının "uydurma elitizmi, aristokratiyası" nın təmkinli əlamətləri ziyalıların çox əhəmiyyətli bir hissəsi tərəfindən götürüldü və mənimsənildi, nəticədə "yenidən qurulmağı məmnuniyyətlə qəbul etdi və Saxarovu alqışladı".[9]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.