Qəndəhar vilayəti
From Wikipedia, the free encyclopedia
Qəndəhar vilayəti (puşt. کندھار; fars. قندهار) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri.
Cəld faktlar Ölkə, İnzibati mərkəz ...
Qəndəhar vilayəti | |
---|---|
کندهار ولايت | |
| |
|
|
Ölkə | |
İnzibati mərkəz | Qəndəhar |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Hündürlük | 1.216 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AF-KAN |
![]() |
|
![]() |
Bağla
Qəndəharda hakimiyyətini Mir Mahmud Hotaki 1717-ci ilde qurdu.[1]
Vilayətin sahəsi 54.022 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 1080.3 min nəfər[2], inzibati mərkəzi Qəndəhar şəhəridir.[3] Əhalinin 51%-ini qadınlar, 49%-ini kişilər təşkil edir. Vilayətdə şəhərləşmə 32%-dir, kənd əhalisi isə 68%-ə bərabərdir. Əhalisini əsasən puştunlar, həmçinin az sayda bəluclar, həzaralar, taciklər və digər xalqların nümayəndələri təşkil edir.[4]
2006-cı ilə olan məlumata əsasən:[5]
- Vilayət əhalisinin, həmçinin vilayətdəki bütün kənd əhalisinin 98%-i (959.1 min) puştunlardan ibarətdir. Vilayətdəki ən böyük tayfaları Barakzay, Popalzay, Alkozay, Nurzay və Əlizay tayfalarıdır.
- Vilayətin 2 kəndində 8 min nəfər bəluc əsilli əhali yaşayır.
- Vilayətin 6 kəndində 4 min dari əsilli əhali məskunlaşıb.
- Vilayətin 7 kəndində 19 min nəfər digər spesifik dillərdə danışan əhali yaşayır.
İnzibati cəhətdən vilayət 17 rayona bölünür.[6]