Qırğızıstan somu ((qırğ. Кыргыз сом; code: KGS)) - Qırğızıstan respublikasının pul vahidi. ISO 4217 valyuta kodu KGS-dir. 1 som 100 tıyına (qırğ. тыйын) bölünür.
Qırğızıstan somu | |||||
---|---|---|---|---|---|
qırğ. Кыргыз сом | |||||
| |||||
Kod və simvol | |||||
ISO 4217 kodu | KGS | ||||
Simvol | |||||
Abreviatura | KGS | ||||
Dövriyyə ərazisi | |||||
Emitent ölkə | |||||
Qırğızıstan | |||||
Əvəzedici və paralel vahidlər | |||||
Kiçik | tıyın (1⁄100) | ||||
Dövriyyədə olan sikkə və əsginaslar | |||||
Sikkələr |
1, 3, 5, 10 som (əksər hallarda istifadə edilir) 1, 10, 50 tıyın (nadir hallarda istifadə edilir) |
||||
Əsginas |
20, 50, 100, 200, 500, 1000, 5000 som (əksər hallarda istifadə edilir) 1, 10, 50 tıyın, 1, 5, 10 som (nadir hallarda istifadə edilir) |
||||
Tarixi | |||||
Dövriyyəyə buraxılma | 10 may 1993 | ||||
Əvvəlki valyuta | SSRİ rublu | ||||
Sikkə və əskinasların buraxılması və istehsalı | |||||
Mərkəzi bank | Qırğızıstan Respublikası Milli Bankı | ||||
nbkr.kg | |||||
İnflyasiya | |||||
İnflyasiya | 6.4% | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Sovet İttifaqı dağıldıqdan sonra ümumi valyutanı saxlamaq üçün əksər respublikalar tərəfindən cəhdlər edilmişdir. Bəzi siyasətçilər keçmiş sovet respublikaları və ya "yaxın xaric" arasında ən azı "xüsusi münasibətlər" saxlamağı ümid edirdilər. Rubl zonasının saxlanılması üçün digər iqtisadi səbəblər də var idi. Keçmiş sovet respublikaları arasında güclü ticarət əlaqələrini qorumaq arzusu ən mühüm məqsəd hesab edildi.[1]
Sovet İttifaqının parçalanması pul tənzimləmələrində heç bir rəsmi dəyişiklik ilə müşayiət olunmamışdı. 1 yanvar 1992-ci ildə Rusiya Mərkəzi Bankına SSRİ Dövlət Bankını (Qosbank) təhvil almaq səlahiyyəti verildi. O, SSRİ rublu əsginasları və sikkələrini əvvəllər Qosbankın əsas filialları olan on dörd yeni müstəqil ölkələrin mərkəzi banklarına göndərməyə davam etmişdi. Bununla yanaşı, siyasi vəziyyət ümumi valyutanın saxlanması üçün əlverişli deyildi.[1] Ümumi valyutanın saxlanması pul və maliyyə hədəfləri, bu hədəflərin icrası üçün ümumi bir qurum və bəzi ümumi qanunvericilik baxımından ciddi siyasi konsensus tələb edir.
Sikkələr
Sikkələrin dövriyyəsi ilk dəfə 2008-ci ildə təqdim olundu, bununla da Qırğızıstan sikkə buraxan ikinci ən son keçmiş SSR ölkəsi oldu. Sikkələr bürünc örtüklü poladdan hazırlanmış 10 və 50 tıyın, nikel örtüklü poladdan hazırlanmış 1, 3 and 5 som tədavülə buraxılmışdı. Bir il sonra, 2009-cu ildə nikel örtüklü poladdan hazırlanmış 1o som buraxıldı. Bütün sikkələr Öskemen şəhərindəki Qırğızıstan zərbxanasında hazırlanmış və onların dizaynı Rusiya Federasiyasının sikkələri ilə bir sıra bənzərlik daşıyırlar. Gümüş və qızıldan hazırlanan bir neçə xatirə sikkəsi və bürüncdən hazırlanan 1 tıyın xüsusi kolleksiya sikkəsi vardır.
Əsginaslar
10 may 1993-cü ildə Qırğızıstan hökuməti 1, 10 və 50 tıyın əsginasları və Qırğızıstan Bankı 1, 5 və 20 som əsginasları buraxdı. 1994-cü ildə Qırğızıstan Bankı 1, 5, 10, 20, 50 və 100 som əsginaslardan ibarət ikinci seriyanı buraxdı. Bunu 1997-ci ildən başlayaraq 1, 5, 10, 20, 50, 100, 200, 500 və 1000 som əsginaslardan ibarət üçüncü seriya izlədi. Dördüncü seriya 2009 və 2010-cu illərdə 20, 50, 100, 200, 500, 1000 və 5000 som əsginaslardan ibarət dördüncü seriya buraxıldı.
İstinadlar
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.