From Wikipedia, the free encyclopedia
Qırmızıya sürüşmə — elektromaqnit şüalanmasının tezliyinin azalması, Dopler effektinin təzahür formalarından biri.[1] Spektrin görünən hissəsindəki xətlərin spektrin qırmızı ucuna doğru sürüşməsi.[2] Başqa tezlikli, məsələn radiotezlikli şüalanmalarda da müşahidə olunur.
Qırmızıya sürüşmə termini kosmoloji qırmızıya sürüşmə və qravitasiya qırmızıya sürüşməsi mənasında işlədilir.
Kosmoloji qırmızıya sürüşmə bizdən çox uzaq olan mənbələrin (qalaktikalar, kvazarlar və s.) şüalanma tezliyinin azalmasıdır. İlk dəfə 1914-cü ildə müşahidə edilmişdir. Qırmızıya sürüşmə bir neçə qalaktika istisna olmaqla (bunlarda şüalanmanın tezliyi artır, mavi və ya bənovşəyi yerdəyişmə baş verir) bütün qalaktikalarda müşahidə olunur və onun qiyməti bütün tezliklər üçün qalaktikanın müşahidə edildiyi istiqamətdən asılı deyil. Qırmızıya sürüşmə spektr xəttinin tezliyinin nisbi dəyişməsi (z) ilə xarakterizə olunur və qalaktikaya qədər məsafə ilə düz mütənasibidir:
Burada, r – qalaktikaya qədər məsafə, c – işıq sürəti, H – Habbl sabitidir (kainatın genişlənmə sürətini xarakterizə edir, ilk yaxınlaşmada istiqamətdən asılı deyil). Qalaktikanın spektrindəki qırmızıya sürüşməni ölçərək Habbl qanununa əsasən həmin qalaktikaya qədər məsafəni təyin etmək olur.
Qravitasiya qırmızıya sürüşməsi qravitasiya sahəsində yayılan şüalanmanın tezliyinin azalmasıdır. Şüalanma cazibə qüvvələrinə əks istiqamətdə yayıldıqda (zamanın gedişi yavaşlayır) onun tezliyi azalır, cazibə qüvvələri istiqamətində yayıldıqda (zamanın gedişi sürətlənir) isə artır. Qravitasiya qırmızıya sürüşməsini ümumi nisbilik nəzəriyyəsinə əsasən 1911-ci ildə Albert Eynşteyn irəli sürmüşdür (Eynşteyn effekti). Qravitasiya qırmızıya sürüşməsi Günəşin, sonra isə başqa ulduzların (məs., ağ cırtdanların) şüalanmasında müşahidə edilmişdir. Bəzi hallarda (məs., qravitasiya kollapsında) hər iki qırmızıya sürüşmə yekun effekt şəklində müşahidə oluna bilir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.