Qırmızıdöş qaz
From Wikipedia, the free encyclopedia
Qırmızıdöş qaz (lat. Branta ruficollis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin vəhşi qaz cinsinə aid heyvan növü.
- Status. Nadir, nəsli kəsilmək qorxusu altında olan, qışlayan növdür.
- Yayılması. Xəzər dənizinin Lənkəran sahillərində, az miqdarda Kür-Araz ovalığının su hövzələrində qışlayır. Əsas toplandığı yer Qızılağac körfəzidir. Yamal yarımadasından Xatanqa çayına qədər Sibirin tundra və meşə-tundralarında yuvalayır.
- Yaşayış yeri. Dəniz sahilləri, göllər, çayların mənsəbi. Sahələrin təsərrüfat istifadəsilə əlaqədar yem biotopu çox azalmışdır.
- Təbiətdə sayı. Əvvəllər Xəzər sahillərində sayı çox idi. 1961-1964-cü illərdə Mil düzündə 3300-dən 4800 fərdə qədər. Sarısu gölündə qışlama zamanı 100 fərddən çox olmur. Azərbaycan MEA zoologiya institutu əməkdaşlarının məlumatına görə, 1980-ci ildə Qızılağac qoruğunda qırmızıdöş qazın sayı 23 fərdə qədər azalmışdır.
- Çoxalması. Azərbaycanda yuvalamır.
- Sayının dəyişilmə səbəbləri. Münasib yaşayış yerlərinin azalması, qanunsuz ov, kəskin şaxtalı illərdə yemsizlikdən məhv olması.
- Qorunması üçün zəruri tədbirlər. Brakonyerçiliklə mübarizənin gücləndirilməsi.
Cəld faktlar Elmi təsnifat, Beynəlxalq elmi adı ...
Qırmızıdöş qaz | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Pangalloanserae Dəstəüstü: Galloanserae Klad: Odontoanserae Klad: Anserimorphae Dəstə: Yarımdəstə: Anseres Fəsiləüstü: Anatoidea Fəsilə: Yarımfəsilə: Anserinae Cins: Növ: Qırmızıdöş qaz |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Bağla