Qırmızı terror
From Wikipedia, the free encyclopedia
Qırmızı terror — Sovet Rusiyasında kütləvi həbslər kampaniyası və bolşeviklər tərəfindən həyata keçirilmiş cəzalar.
![]() | Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Sovet tarixşünaslığında Qırmızı Terrorun 2 sentyabr 1918-ci ildə Yakov Sverdlov tərəfindən rəsmən elan olunduğu və 1918-ci ilin oktyabrında başa çatdığı göstərilir. Buna baxmayaraq Sergey Melqunovdan başlayaraq bir çox tarixçilər bu dövrü bütün Rusiya Vətəndaş Müharibəsi dövrünü (1918–1922) əhatə etdiyini qeyd edirlər.[1][2] Kütləvi repressiyalar ədalət mühakiməsi olmadan gizli polis – Çeka tərəfindən[3] bolşevik hərbi kəşfiyyat agentliyi (QRU) ilə birgə[4] həyata keçirilib. "Qırmızı terror" termini əslində[5] Fransa İnqilabının 1794-cü il, 28 iyulda başa çatmış "Terror idarəçiliyi"nin (Robespyer tərəfindən həyata keçirilib) son 6 həftəsini təsvir etmək və bu dövrü sonrakı "Ağ Terror"[6] dövründən ayırmaq üçün istifadə olunub (tarixdə bu dövr Böyük Terror (fr. la Grande Terreur) kimi tanınır).