Quba xalçaçılıq məktəbi
From Wikipedia, the free encyclopedia
Quba xalçaçılıq məktəbi — Qonaqkənd və Dəvəçi rayonları daxil olmaqla 35-ə yaxın ornament kompozisiyalı xalçaları əhatə edir. Quba ərazisində çoxlu müxtəlif tayfalar yerləşən tarixi bölgədir. Hazırda burada müxtəlif dillərdə – Azərbaycan, ləzgi, tat, xınalıq, cek, buduq, qırız və başqa dillərdə danışan xalqlar yaşayır. Quba xalçaları geniş naxış müxtəlfliyi, bəzən qonşu kəndlərdə toxunmasına baxmayaraq naxış müxtəliflikləri ilə fərqlənirlər. Onların ornamentlərinin böyük əksəriyyəti üslüblaşdırılmış coğrafi və bitki motivləri ilə xarakterizə olunur.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Onlardan "Qırız", "Qımıl", "Qonaqkənd", "Şahnəzərli" və digər xalçaları göstərmək olar. İlk baxışdan Quba xalçalarında ornamentin müxtəlif xüsusiyyətlərini görmək olar. Ancaq diqqətlə baxdıqdan sonra əmin olmaq olar ki, kompozisiyanını bütün bəzəkləri ciddi vahid mənaya tabedirlər.