Quançjouvan (çin.ənən.廣州灣,sadə.广州湾, pinyin: Guǎngzhōuwān, ̺fr.Territoire de Kouang-Tchéou-Wan) — Çinin cənub sahilində yerləşən, 27 may 1898-ci Tzin imperiyası tərəfindən Fransaya icarəyə verilmiş kiçik eksklav.[1]Fransa Hind-Çininin bir hissəsi kimi Fransa tərəfindən idarə olunurdu. Ərazidə sürətli əhali artımı yaşanmamışdı. Sahilyanı Çinin digər hissələrindən fərqli olaraq, əhali 1911-ci ildə 189,000 nəfərdən 1935-ci ildə cəmi 209,000 nəfərə yüksəlmişdi. Regondakı sənayeyə gəmiçilik və kömür hasilatı daxildir.
Müstəmləkə 1943-cü ilin fevralında işğal edilmiş və Yaponiyaya verilmişdir. Bu, 1945-ci ildə Fransaya qaytarılmış, lakin 1946-cı ildə yenidən Çinə verilmişdir. Ərazinin ilkin adı olan Çjantzyan bərpa edilmişdir. Bu ərazidə yaşayan əhali kanton dili əvəzinə hokken dilində danışır.
Chuning Xie: China's Casablanca: Refugees, Outlaws, and Smugglers in France's Guangzhouwan Enclave, in: Joseph W. Esherick/Matthew T. Combs (Hrsg.): 1943 – China at the Crossroads, Ithaca (NY) 2015, S. 391–425 (hier: S. 392).