Quadalupe-İdalqo müqaviləsi
From Wikipedia, the free encyclopedia
Quadalupe-Hidalqo Müqaviləsi 1848-ci il Quadalupe-Hidalqo Müqaviləsi, Quadalupe-Hidalqo Barışıq Müqaviləsi[1](ing. Treaty of Guadalupe Hidalgo , isp. Tratado de Guadalupe Hidalgo)— 1846-1848-ci illər Amerika-Meksika müharibəsinin nəticəsindən Meksika ilə ABŞ arasında 1848-ci il 2 fevralda Meksikanın Quadalupe Hidalqo kəndində imzalanmış sülh müqaviləsi[2].
Quadalupe Hidalqo müqaviləsi | |
---|---|
Sülh, Dostluq, Sərhədlər və Meksika Birləşmiş Ştatları ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlərin tənzimlənməsi müqaviləsi | |
Müqavilənin tipi | ikitərəfli müqavilə |
İmzalanma tarixi | 2 fevral 1848-ci il |
İmzalanma yeri | Meksika yaxınlığında Quadalupe-Hidalqo kəndi |
Qüvvəyə minməsi | 30 may 1848-ci il |
• şərtləri | Meksikanın öz ərazisinə güzəşt etməsi; ABŞ və Meksika arasında yeni bir sərhədin qurulması; ABŞ müharibə zamanı Meksika ərazisinə dəymiş ziyana görə 15 milyon peso ödəməli |
İmzalayanlar |
MeksikaХосе Бернардо Коуто Meksika Miquel de Atristine MeksikaLuis Qоnzaqa Кuevасs ABŞNikolas Turist |
Tərəflər |
Meksika ABŞ |
Dilləri | ispan dili, ingilis dili |
Vikianbarda əlaqəli mediafayllar | |
Quadalupe-İdalqo müqaviləsi Vikimənbədə |
Müqavilə, hərbi məğlubiyyətə uğramış Meksikanın ABŞ-nin Kaliforniya ştatının, Nevada, Yuta, Nyu Meksiko, Texas, Arizona, Kolorado, Vayominq, Kanzas və Oklahoma hissələrinin müasir ərazisini özündə birləşdirən 1.36 milyon km² (ərazisinin təxminən 55%), keçdiyini (Meksika Sessiyası) təsbit etdi. Bundan əlavə, Meksika Texas üçün bütün tələblərdən imtina etdi, beynəlxalq sərhəd Rio Qrande çayı üzərində quruldu. Kompensasiya olaraq ABŞ müharibə zamanı Meksika ərazisinə dəymiş ziyana görə 15 milyon peso ödəməyə söz verdi. Birləşmiş Ştatlar Meksika hökumətinin ABŞ vətəndaşlarına 3,25 milyon dollar borcunu da öz üzərinə götürdü.