Qroznı
Rusiyada şəhər From Wikipedia, the free encyclopedia
Rusiyada şəhər From Wikipedia, the free encyclopedia
Qroznı (çeç. Соьлжа-ГӀала, qum. Süyünç-Qala[4], qaraç.-balk. Süyünç-Qala[5]) — Şimali Qafqazda şəhərdir, Rusiyanın cənubunda, Çeçenistan Respublikasının paytaxtı, Qroznu rayonunun mərkəzidir. Şimali Qafqazın ən böyük şəhərlərindən biridir, ərazisinə görə ikinci, əhalisinin sayına görə üçüncü böyük şəhərdir.
Paytaxt | |
Qroznı | |
---|---|
Соьлжа-ГӀала Грозный | |
43°18′45″ şm. e. 45°41′55″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1818 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 130 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 8712 |
Poçt indeksi | 364000–364099 |
Digər | |
grozmer.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhər Sevinc çayının (qum. Süyünç, qaraç.-balk. Süyünç, çeç. Sölƶa) qırağında yarandığına görə yerli türklər ona Sevinc-Qala (qum. Süyünç-Qala, qaraç.-balk. Süyünç-Qala, çeç. Sölƶa-Ġala) adı verdilər. Daha sonra (1818 — 30 dekabr 1869 kimi) Qroznaya qalası (rus. Крепость Грозная), 30 dekabr 1869-cu ildən etibarən isə Qroznı (rus dilindən tərcüməsi vahiməyə basan, hədələyici, qorxuducu) olub. Çeçenistan yerli əhalisi arasında şəhərin adı Sölƶa-Ġala kimi də adlandırılır. 1998-1999-cu illərdə Çeçenistanın o vaxtkı hakimiyyəti olan Çeçen İçkeriya Respublikasının hakimiyyəti şəhərin adını dəyişərək mərhum çeçen lideri Cövhər Dudayevin şərəfinə Cövhər-Qala (çeç. Dƶovxar-Ġala) adlandırsa da, Çeçenistan Rusiyanın hakimiyyəti altına qayıtdıqdan sonra şəhər yenidən Qroznı adlanmağa başladı. 2005-ci ildə Çeçenistan parlamenti şəhərin adını dəyişərək Çeçenistanın digər mərhum lideri Əhməd Kadırovun şərəfinə Əhməd-Qala (çeç. Aẋmad-Ġala) adlandırmağı təklif etsə də, Çeçenistan lideri Ramzan Kadırov bu təklifi rədd etmişdi.
Qroznıda yay aylarında, tempratur bəzən kölgədə +35 °C ni ötür. Yağıntılar yayda qeyri-müntəzəmdir. Qroznı şimaldan gələn soyuq hava kütləsindən heç bir dağ massivi ilə qorunmur deyə qış aylarında şəhərin havası çox soyuq olur. Bəzən güclü şaxtalar olur (-20 C və daha aşağı). Yayda Qorznıda hava isti və quru keçir, bəzən temperatur +35 C dərəcəni keçir.
Qroznı üçün aylıq orta temperatur və yağıntı
|
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.