Qrimm (teleserial, 2011)
From Wikipedia, the free encyclopedia
Qrimm (ing. Grimm) — Stefen Karpenter və Cim Kouf & Devid Qrinvalt tərəfindən yaradılan və NBC üçün Universal Televiziya tərəfindən istehsal olunan Amerikan fantaziya polis kriminal dram televiziya serialıdır. Serial, 123 seria və altı mövsümdən ibarət olmaqla 28 oktyabr 2011 – 31 mart 2017 tarixlərində yayımlandı.[1] Serial Portland qətl detektivi Nikolas Burkartın insanlıq və Wesen adlanan mifoloji varlıqlar arasındakı tarazlığı qoruyan və sonuncu nümayəndə olan Qrimm olduğunu öyrənməsindən sonra baş verən hadisələrdən bəhs edir.
Qrimm | |
---|---|
ing. Grimm | |
![]() | |
Janr |
|
Əsaslanır | Qrimm qardaşları haqqında hekayə |
Prodüser |
|
Yaradıcısı |
|
Rollarda |
|
Bəstəkar | Riçard Marvin |
İstehsalçı ölkə |
![]() |
İl | 2011 |
Studiya |
|
Dil | İngiliscə |
Növü | Teleserial |
Mövsüm sayı | 6 |
Seriya sayı | 123 |
Seriya vaxtı | 43 dəqiqə |
Davametmə müddəti | 28 oktyabr 2011 – 31 mart 2017 |
Telekanal | NBC |
IMDb | ID1830617 |
Format | 1080i (HDTV) |
nbc.com/grimm |
Qrimm əvvəlcə CBS üçün hazırlanmışdı, lakin yazıçıların tətili səbəbiylə planlar ləğv edildi. 2011-ci ilin yanvarında NBC serialı aldı. Serial Qrimm qardaşları əsasında olan Qrimm nağıllarda-dan eləcədə digər mənbələrdən ilhamlanaraq qaranlıq polis detektiv janrlı kimi təsvir edilmişdir.[2] Serial əvvəlcə tənqidçilər tərəfindən qarışıq rəylər alsada davam etdiyi müddət ərzində rəylər müsbətə doğru dəyişmişdir. Qrimm-in altıncı və son mövsümü 6 yanvar 2017-ci ildə yayımlandı və 31 mart 2017-də başa çatdı.