Qriffinlər
ABŞ animasiya sitkomu / From Wikipedia, the free encyclopedia
Qriffinlər, (ing. Family Guy) — Set Makfarleyn tərəfindən "Fox Broadcasting Company" teleşirkəti üçün yaradılan ABŞ animasiya sitkomu. Süjetin mərkəzində valideynlər Piter və Lois, onların uşaqları Kris, Meq və Styui, həmçinin antropomorf it Brayandan ibarət olan uğursuz[3][4] Qriffinlər ailəsi dayanır. Şoudakı hadisələr Rod-Aylend ştatının Providens dairəsinin Kuahoq adlı uydurma şəhərətrafı qəsəbəsində cərəyan edir. Serialın yumorunun böyük bir hissəsini çox vaxt ümumi süjetlə heç bir əlaqəsi olmayan — siyasət, köləlik, əlillik, feminizm, piylənmə və sair kimi müxtəlif həssas və mübahisəli mövzularda edilən zarafatlar təşkil edir.
Qriffinlər | |
---|---|
Family Guy | |
Janr |
Sitkom Qara yumor Təlxəklik Sürrealist komediya[1] |
Müəllif | Set Makfarleyn |
İstehsalçı |
Fuzzy Door Productions Fox Television Animation 20th Century Fox Television |
Səsləndirənlər |
|
İlkin mövzu | disfunksional ailə[d] |
Bəstəkar |
|
İstehsalçı ölkə | ABŞ |
Dil | ingilis |
Mövsüm sayı | 22 |
Buraxılış sayı | 424 |
İlk buraxılış | 31 yanvar 1999[2] |
Buraxılışların siyahısı | Qriffinlər cizgi serialının seriyalarının siyahısı |
İstehsal | |
Prodüser |
|
İcraçı prodüser |
|
Kamera | təkkameralı çəkilişin animasiyalı təsviri |
Müddəti | 20-23 dəq. |
Veriliş | |
Kanal | Fox |
Təsvirin formatı |
|
Translyasiya dövrü | 31 yanvar 1999 – indiyədək |
Xronologiyası | |
Növbəti verilişlər | Klivlend şou |
Oxşar verilişlər | |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
"Qriffinlər" ideyası Makfarleynin ağlına hələ kollecdə oxuyarkən gəlib, amma onun reallaşdırmasına özünün ilk animasiya layihələri olan — "Larrinin həyatı" və "Larri və Stiv" üzərində işlədikdən sonra başlayıb. O, bu filmlərin əsas personajlarını, Larri və onun iti Stivi, müvafiq olaraq Piter və Brayana dəyişib. Makfarleyn 15 may 1998-ci ildə yeddidəqiqəlik pilot seriya çəkərək, öz ideyasını Fox telekanalının rəhbərlərinə təqdim edib, onlar layihəyə “yaşıl işıq” veriblər və beləcə serialın istehsalına başlanılıb. 2002-ci ildə, üç mövsüm nümayiş olunduqdan sonra serialın yayımını dayandırıblar. Lakin "Qriffinlər"in DVD buraxılışlarının yaxşı satışı və Adult Swim-də yüksək reytinqlər göstərməsi, 2004-cü ildə rəhbərliyi şounun yayımını bərpa etməyə vadar edib.
Serial 24 dəfə Praym-Taym "Emmi" mükafatına namizəd olub (yeddi dəfə qalib gəlib). Şou 2009-cu ildə "Ən yaxşı komediya serialı" nominasiyasında mükafata namizəd olmuş və bununla da "Daş dövrü" (1961-ci ildə namizəd olub) cizgi filmindən sonra bu nominasiyasında mükafata namizəd olmuş ikinci animasiya layihəsi olmuşdur. Qriffinlər 13 dəfə "Enni mükafatı"na (üç dəfə qalib gəlib) namizəd göstərilib. Serial dəfələrlə kult serial adını qazanıb.[5][6][7] Serial eyni zamanda "Simpsonlar"la oxşarlığına görə tez-tez tənqidlərə məruz qalır.
Serialın uğur dalğasında Mezco Toys şirkətinin oyuncaq seriyası, "HarperCollins" nəşriyyatının çap etdiyi altı kitab, komikslər, DVD və Blu-ray buraxılışları, videooyunlar və pinbol avtomatı da daxil olmaqla, bir çox əlaqədar məhsullar istehsal olunmuşdur (2007). 2011-ci ildə "Qriffinlər"in tammetrajlı versiyası üzərində iş aparılması barədə məlumat təsdiq olunmuşdur. 27 sentyabr 2009-cu ildə "Qriffinlər"in spin-offu olan "Klivlend şou"nun premyerası keçirilib.