From Wikipedia, the free encyclopedia
Qreysi Karvalyo (23 iyul 1990, San-Joze-dus-Kampus[d], San-Paulu ştatı) – Braziliya modeli. The Lions[1] (Nyu-York, Los-Anceles), Oui Management (Paris), Why Not Model Management (Milan), Select Model Management[2] (London) agentlikləri ilə əməkdaşlıq edir.
Qreysi Karvalyo | |
---|---|
port. Gracie Carvalho | |
Doğum tarixi | 23 iyul 1990 (34 yaş) |
Doğum yeri |
|
Fəaliyyəti | model[d] |
Fəaliyyət illəri | 2007-ci ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Qreysi Karvalyo modellik karyerasına 2007-ci ildə 18 yaşında ikən San-Pauluda yerli müsabiqəyə daxil olduqdan sonra başlamışdır.[3][4] 2008-ci ildə Dəb həftəsində debüt etmişdir.[3] Rio Dəb Həftəsinin ən çox təklif alan modeli olmuşdur: 39 dəb şousunun 35-ində podiuma çıxmışdır.[5] Dəb həftəsindəki uğurlarından, "L'Officiel" jurnalının üz qabığında göründükdən və "Vogue", "Elle" kimi jurnallarda bəhs edildikdən[5] sonra Marilyn agentliyi ilə müqavilə bağlamışdır.[6] Burberry brendi, Karl Lagerfeld, Ralf Loren, Vera Vonq və Vivianna Vestvud kimi dizaynerlər üçün modellik etmişdir.[3]
2009-cu ilin payızında ilk dəfə Nyu-York və Parisin dəb həftələrində podiuma çıxmış, Karoliaa Herrera, Maks Azriya, Cambattista Valli və Stella Makkartni kimi dizaynerlər üçün modellik etmişdir.[5] Miu Miunun yeganə rəng modeli olmuşdur.[7] 2009-10-cu illərdə DKNY moda evinin, 2010-cu ildə Tommy Hilfinger brendinin siması olmuşdur.[6]
Karvalyo qadınalt platarları, çimərlik geyimləri və kataloq modelliklərinə görə məşhurdur,[3] H&M,[8] Next və Calzedonia brendləri üçün modellik etmişdir.[9] 2010 və 2015-ci illərdə Victoria's Dəb Şousunda podiumda çıxış etmişdir. 2010-cu ilin Pirelli təqvimində yer almışdır.[10]
Muay tay[11] və ciu-citsu[3] idman növləri ilə məşğul olur. Hətta buna görə 2017-ci ildə Marşon Linçin idman brendinin siması olmuşdur.[12]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.