From Wikipedia, the free encyclopedia
Qrafit (yun. γράφω — yazıram) — karbonun allotropik modifikasiyası olub, bircinsli elementlər sinfinə aid mineraldır. Laylı struktura malikdir. Kristallik qəfəsin layları bir-birinə nisbətən müxtəlif cür yerləşə bilər (heksaqonal, triqonal). Laylar zəif dalğavaridir, müstəviyə daha yaxındır, karbonun atomlarının altıbucaqlı layndan ibarətdir. Kristalları plastik olub, kələkötürdür. Moos bərkliyi 1 və 2 arasındadır, sıxlığı 2,1–2,3 q/cm³-dir. Rənqi bozdur.
Qrafit elektrik cərəyanını yaxşı keçirir. Almazdan fərqli olaraq daha aşağı bərkliyə malikdir, nisbtən yumşaqdır. İstiliyin təsiri altında daha da bərkləşir və kövrək hala çevrilir. Rəngi qara-bozdur, metallik parıltıya malikdir. Əriyən deyil, havasızlıq şəraitində qızdırdıqda ərimir. Turşu mühitində həll olunur. Əl ilə toxunduqda yağlılq hissi yaradır. Təbii qrafityin tərkibində 10–12% gil və dəmir oksidi vardır. Sürtünmə zamanı layları qabıqlar şəklində ayrılır. Bu xassədən karandaşlarda istfadə edlir. Istilikkeçirmə qabiliyyəti qarafitin növünüdən, bazis müstəvilərin nisbi istiqamətindən və temperaturdan asılı olaraq 278,4 −2435 Vt/(m*К) arasında dəyişir. Qrafitin monokristalının elektrik keçiriciliyi anizotropdur və bazis müstəvisinə paralell istiqamətdə metala yaxın, perpendikulyar istiqamətdə isə 10 dəflərlə aşağıdır. Keçiriciliyin minimal həddi 300–1300 K arasında müşahidə olunur, burada minimum qiymətin vəziyyəti mükəmməl kristallik struktur üçün aşağı temperatur oblastında sürüşür. Ən yüksək elektrik keçiriciliyinə rekristallaşmış qrafit malikdir.
Qarafitin istilikdən genişlənməsi 700 K-ə qədər həddə baza müstəvisi istiqamətində mənfidir (qrafit qızdırıldıqda kiçilir), onun mütləq qiyməti temperatur artdıqca kiçilir. 700 K-dən yuxarıda onun istilikdən genişlənməsi müsbətə dəyişir. Baza müstəvilərinə perpendikulyar istiqamətdə temperaturdan genişlənmə müsbətdir, demək olar ki, temperaturdan asılı deyil və baza müstəviləri üçün orta mütləq qiymətdən 20 dəfə yüksəkdir. Çoxkristallı qrafit diamaqnitdir, baza müstəvilərində maqnit həssaslığı çox deyil, və ortoqonal baza müstəvilərində böyükdür. Holl əmsalı 2400 K qiymətində müsbətdən mənfiyə dəyişir.
Bir çox maddələrlə (metallar, duzlarla) əlaqə yaradır. Yüksək temperaturda karbon qazında yanaraq oksigenlə reaksiyaya girir. İdarə olunan şəraitdə flüorla birləşərək (CF)x əldə etmək olar.
Karbonun hər atomu digər üç atomla kovalent əlaqədədir.
Qrafitin iki növü məlumdur: α-qrafit və β-qrafit. α-qrafitdə atomların yarısı altıtillinin mərkəzi alt və üst hissələrində (…АВАВАВА quruluşu) yerləşir, β-qrafitdə hər bir dördüncü qat birincini təkrar edir. Rombedrik formalı qrafit heksaqonal özəkdə təsvir etmək əlverişlidir ki, onun laylı strukturunu təsvir etmək mmükün olsun. β-qrafit təmiz halda rast gəlinmir, çünki o metastabil formada olur. Ancaq təbii qrafitlərdə romedrik fazanın tərkibi 30% təşkil edir. 2500–3300 K temperaturunda rombedrik qrafit tam olaraq heksaqonala keçir.
Birlikdə tapılan minerallar: pirit, qranat, şpineldır. Yüksək temperaturda vulkan və maqma əsaslı dağ suxurlarında əmələ gəlir. Volfram və ya digər minerallarla birlikdə kvarst birləşmələrində orta temperaturlu hidromaterial polimetallik mədənlərdə rast gəlinir. Kristal slanslar, qnays, mərmər kimi metamorfik suxurlarda geniş yayılmışdır. Böyük yataqlar daş kömürünün yüksək pirolizi sayəsində yaranır. Rus alimləri ion kütlə-spektrometrin köməyi ilə qrafitin tərkibində metallorqanik klasterlər şəklində qızıl, gümüş və platin aşkar etmişlər.
Qrafiti süni olaraq iki yolla əldəedirlər:
Qrafitin tətbiqi onun unikal xassələrinə əsaslanır. Aşağıdakı hallarda tətbiq olunur:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.