Qonaqpərəstlik
From Wikipedia, the free encyclopedia
Qonaqpərəstlik (rus. Куначество; qonaqçılıq sözündən törəmişdir) — Qədim Qafqazda adət. Adətə görə, fərqli tayfa və ya milliyətdən olan iki kişi elə bir yaxın dostluq münasibəti yaşayır ki, onlar qanbir olur, bir-birlərinə kömək edirlər. Buna oxşar adətlər çernoqoriyalılar, ərəblər və digər xalqlarda da müşahidə edilmişdir.[1]
Qonaqpərəstlik adəti xalqlararası əngəllərin aradan qaldırılması və qonşu xalqlar arasında dostluq münasibəti yaranmasında böyük rol oynamışdır. Beləliklə, müxtəlif xalqlar arasında əməkdaşlıq və ticarət artmışdır.[2]