Qoşa qala qapıları
From Wikipedia, the free encyclopedia
Qoşa qala qapıları və ya Şamaxı qapısı – Bakı qalasının şimal divarında yerləşən qapıdır. Şamaxıdan gələn qədim karvan yolu üzərində yerləşdiyinə görə Şamaxı qapısı adlandırılmışdır. Qoşa qala qapıları daxildən İçərişəhərin Böyük Qala və Kiçik Qala küçələrinin, xaricdən isə Əziz Əliyev və İstiqlaliyyət küçələrinin kəsişmə nöqtəsində yerləşir.
Qoşa qala qapıları | |
---|---|
| |
![]() | |
40°22′07″ şm. e. 49°50′10″ ş. u. | |
Ölkə |
![]() |
Şəhər |
Bakı![]() |
Yerləşir | Səbail rayonu |
Aidiyyatı | İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu |
Sifarişçi | III Böyük Mənuçöhr |
Tikilmə tarixi | XIII-XVI əsrlər |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Vəziyyəti | əla |
Rəsmi sayt | icherisheher.gov.az |
Rəsmi adı: Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower | |
Tipi | Mədəni |
Kriteriya | vi |
Təyin edilib | 2000 |
İstinad nöm. | 958 |
Dövlət | Azərbaycan |
Region | Avropa və Şimali Amerika |
İstinad nöm. | 66 |
Kateqoriya | Kompleks |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
![]() |
Qoşa qala qapılarından biri XII əsrdə III Böyük Mənuçöhrün sifarişi ilə Bakı qalası inşa edilərkən, ikincisi isə XVII əsrdə — Şah I Abbasın hakimiyyəti dövründə Zülfüqar xanın sifarişi ilə inşa edilmişdir.
1796-cı ildə Bakı xanı Hüseynqulu xan şəhəri təslim edərək qalanın açarını Rusiya imperiyasına təhvil vermişdir. Şəhərin ruslar tərəfindən ələ keçirilməsindən sonra 1809-cu ildə Bakı qalasının planı tərtib edilmişdir. 1883-cü ildə qala divarlarının ikinci sırasının sökülməsi zamanı Zülfüqar qapısı Şamaxı qapısının yanına köçürülməsinə qərar alınmış və 1886-cı ildə köçürülmə tamamlanmışdır.
Qoşa qala qapılarında üç dəfə təmir və bərpa işləri aparılmışdır. İlk təmir işi Rusiya imperiyası dövründə — 1864-cü ildə həyata keçirilmişdir. İkinci dəfə qala qapılarında möhkəmləndirmə və bərpa işləri Azərbaycan SSR dövründə — 1952–1957-ci illərdə həyata keçirilmişdir. Sonuncu dəfə Qoşa qala qapıları 2018–2019-cu illərdə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sifarişi ilə avstriyalı bərpaçı Erik Pumerin komandası tərəfindən həyata keçirilib.
Hər iki qapının ölçü və formaları demək olar ki, eynidir. Qala divarlarına yaxınlaşan düşmənlərdən müdafiənin təmin edilməsi üçün bütün divar boyunca, eyni zamanda Qoşa qala qapıları üzərində mazğallar və maşikullar yerləşdirilmişdir.