Qlobal şəbəkə
From Wikipedia, the free encyclopedia
Qlobal şəbəkə — bütün Yer kürəsini əhatə edən istənilən kommunikasiya şəbəkəsi. Termin daha məhdud şəkildə ikiistiqamətli kommunikasiya şəbəkələrinə və texnologiya əsaslı şəbəkələrə aid edilir.
İlk qlobal şəbəkə elektrik teleqrafından istifadə edilərək qurulmuş və 1899-cu ildə qlobal miqyasda yayılmışdır. Telefon şəbəkəsi 1950-ci illərdə qlobal statusa çatan ikinci belə şəbəkə olmuşdur. Daha yaxın dövrdəki bir-birinə bağlı IP şəbəkələri (əsasən 2014-cü ildə dünya üzrə 2,5 milyard istifadəçisi olan internet)[1] və GSM mobil rabitə şəbəkəsi (2014-cü ildə dünya üzrə 6 milyarddan çox istifadəçisi ilə) ən böyük qlobal şəbəkələri təşkil edir.
Qlobal şəbəkələrin qurulması onilliklər boyu davam edən olduqca bahalı və uzun səylər tələb edən prosesdir. Mürəkkəb qarşılıqlı əlaqələr, kommutasiya və marşrutlaşdırıcı qurğular, quru və sualtı kabellər və yer stansiyaları kimi fiziki məlumat daşıyıcılarının tənzimlənməsi lazımdır. Bundan əlavə, burada beynəlxalq kommunikasiya protokolları, qanunvericilik və müqavilələr iştirak edir.
Qlobal şəbəkələr həmçinin qlobal problemlərin idarə edilməsi, yumşaldılması və həlli üçün yaradılan dünya üzrə fərdlərin, icmaların və təşkilatların şəbəkələrinə istinad edə bilər.