From Wikipedia, the free encyclopedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Qiblə (ərəb. قبلة) — İslam dinində Məkkədə olan Kəbə evidir.
Bəqərə surəsinin 149-cu ayəsində belə buyurulur: "Hər hansı bir yerə gəldikdə (namaz vaxtı), üzünüzü Məscidül-Hərama (Kəbəyə) tərəf çevirin! Çünki Rəbbin tərəfindən göstərilən bu qiblə Haqqdır!..".
Namaz ona tərəf qılınmalıdır. Amma uzaqda olan şəxs, əgər "qibləyə tərəf namaz qılır" deyiləcək şəkildə dayanarsa, kifayətdir. Həmçinin, heyvanın başını kəsmək kimi, qibləyə tərəf yerinə yetirilməsi lazım olan işlərdə də hökm eynidir.
Vacibi namazı ayaq üstə qılan şəxsin sinəsi və qarnı üzü qibləyə doğru olmalıdır. Hətta üzünün də qiblədən çox dönməməsi gərəkdir. Ayaq barmaqlarının da qibləyə tərəf olması ehtiyat-müstəhəbbdir.
İlk qiblə; İslamın ilk vaxtlarında qiblə Əl-Əqsa məscidi olmuşdur. Allah tərəfindən Məhəmməd peyğəmbərə qiblənin dəyişməsi barədə ayə nazil olduqdan sonra qiblə Kəbə evi hesab olunur. Patricia Crone və Michael Cook, mətn və arxeoloji araşdırmalara əsaslanaraq "Məscidül-Həram" ın Məkkədə deyil, Ərəbistan yarımadasının şimal-qərbində yerləşdiyini güman etdilər.[1] Kanadalı arxeoloq və İslam tarixi tədqiqatçısı Dan Gibson, ən qədim məscid, saray və qəbiristanlıqların Petraya işarə etdiyini kəşf etdi. Gibson bu tapıntıları ayə, hədis və tarixlə bağlı yazılı mənbələrdəki ipucları ilə birləşdirərək Məhəmmədin Petrada yaşadığı və oradan Mədinəyə köç etdiyi qənaətinə gəldi.[2]
Qiblə ilə bağlı başqa bir məqam isə Kəbənin və ya Məkkənin yerinin qiblə üçün məcburi olmamasıdır. Bu vəziyyəti ərəblərin İslamdan əvvəlki Ərəbistanda kifayət qədər geniş yayılmış kub şəklində tikilmiş evləri və ya büt evlərini Kəbə adlandırmalarından[3] və ilk məscidlərin Məkkəni göstərir vəziyyətdə tikili olmadığından anlamaq olar.[2] İslamlaşma dövründə bu tikililərin və bütlərin dağıdılması ilə müsəlmanlar arasında əvvəldən yalnız bir Kəbə olduğu anlayışı yerləşmişdir.
Oturan halda namaz qılmalı olan şəxsin sinəsi və qarnı qibləyə tərəf olmalı və hətta üzü də qiblədən çox dönməməlidir.
Oturan halda namaz qıla bilməyən şəxs namaz halında ikən bədəninin ön qismi qibləyə tərəf olacaq şəkildə, böyrü üstə uzanmalıdır. Lazım-ehtiyat olaraq, sağ böyrü üstə uzanması mümkün olacaq təqdirdə, sol böyrü üstə uzanmamalıdır. Əgər bu ikisi də mümkün olmazsa, ayaqlarının altı qibləyə tərəf olacaq şəkildə, arxası üstə uzandığı halda namaz qılmalıdır.
Ehtiyat namazı, yaddan çıxmış səcdə və təşəhhüd gərək üzü qibləyə yerinə yetirilsin. Ehtiyat müstəhəbə görə səhv səcdəsini də üzü qibləyə yerinə yetirmək gərəkdir.
Müstəhəb namazı yol gedərkən və minik halında qılmaq olar. Əgər insan bu iki halda müstəhəbb namazı qılsa, üzü qibləyə olması lazım (vacib) deyildir.
Namaz qılmaq istəyən şəxs, qiblənin hansı tərəfə olduğuna əmin oluncaya və ya (iki adilin şəhadət verməsi kimi) yəqin hökmündə olan bir dəlil əldə edincəyə qədər qibləni təyin etmək üçün çalışmalıdır. Əks təqdirdə, müsəlmanların məscidlərinin mehrablarından, möminlərin məzarlarından və ya buna bənzər digər yollardan əldə edilən zənnə görə əməl etməlidir. Hətta elmi qaydalara əsasən qibləni tanıyan bir kafir və ya fasiqin sözündən qibləni tanımaq güman edilərsə də, kifayətdir.
Qiblənin hansı istiqamətdə olmasına gümanı olan bir şəxs daha güclü güman tapa bilərsə, öz gümanına əməl etməməlidir. Məsələn, əgər qonaq ev sahibinin dediyinə əsasən qibləyə güman tapsa, amma başqa yolla daha bir güclü güman əldə edə bilsə, onun sözünə əməl etməməlidir.
Əgər qibləni tapması üçün bir vəsilə yoxdursa, yaxud çalışmaqla bir gümana gələ bilmirsə, bir tərəfə namaz qılsa kifayətdir. Amma vaxt geniş olduğu təqdirdə, dörd tərəfə namaz qılması ehtiyat müstəhəbbdir.
Əgər qiblənin iki tərəfdən biri olduğunu yəqin və ya zənn edərsə, hər iki tərəfə də namaz qılmalıdır.
Bir neçə tərəfə namaz qılmaq istəyən şəxs, əgər zöhr və əsr namazı kimi, biri digərindən sonra qılınmalı olan iki namaz qılmaq istəyərsə, birinci namazı neçə tərəfə qılacaqsa, qılmalı və daha sonra ikinci namaza başlaması ehtiyat-müstəhəbbdir.
Qibləyə yəqinliyi olmayan şəxs, əgər namazdan başqa bir iş görmək istəsə, gərək o işi üzü qibləyə əmələ gətirsin. Məsələn; bir heyvanın başını kəsmək istəsə, gümanına əməl etsin və əgər güman mümkün deyildirsə, hansı tərəfə əncam versə, səhihdir.
Bəhai dinindəBəhai dinində qiblə İsrailin Əkka şəhəridir. Bəhai dininin peyğəmbəri Bəhaullah İrandan Osmanlının Bağdad (indiki İraq), daha sonra İstanbul, Ədirnə və nəhayət məhbəs-şəhər olan Əkkaya sürgün olunmuşdur. Bəhailərin inancına görə, bu şəhər Bəhaullahın son vəhy məkanıdır və bəhailər üçün qiblədir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.