Qeyri-üzvi kimya
kimyanın bütün kimyəvi elementlərin və onların qeyri-üzvi birləşmələrinin öyrənilməsi ilə bağlı bölməsi / From Wikipedia, the free encyclopedia
Qeyri-üzvi kimya — kimyanın bütün kimyəvi elementlərin və onların qeyri-üzvi birləşmələrinin quruluşunu, reaksiya qabiliyyəti və xassələrini öyrənən sahəsi. Bu sahə üzvi maddələr istisna olmaqla, bütün kimyəvi birləşmələri əhatə edir (adətən qeyri-üzvi kimi təsnif edilən bir neçə sadə birləşmə istisna olmaqla, karbonu ehtiva edən birləşmələr sinfi[1]). Tərkibində karbon olan üzvi və qeyri-üzvi birləşmələr arasındakı fərqlər, bəzi fikirlərə görə, ixtiyaridir[2]. Qeyri-üzvi kimya kimyəvi elementləri və onların əmələ gətirdiyi sadə və mürəkkəb maddələri (üzvi birləşmələr istisna olmaqla) öyrənir. Ən son texnologiya materiallarının yaradılmasını təmin edir. 2013-cü ildə məlum olan qeyri-üzvi maddələrin sayı 500 minə yaxındır.
Qeyri-üzvi kimyanın nəzəri əsasını dövri qanun və ona əsaslanan D.İ.Mendeleyevin dövri sistemi təşkil edir. Qeyri-üzvi kimyanın ən mühüm vəzifəsi müasir texnologiya üçün zəruri olan xassələrə malik yeni materialların yaradılması üsullarının işlənib hazırlanması və elmi əsaslandırılmasıdır.