Qeyri-binar gender
From Wikipedia, the free encyclopedia
Qeyri-binar və ya Gender-kvir[1] — yalnız kişi və ya qadın olmayan gender kimliyinə malik (gender binarlığından kənar) şəxsləri bildirmək üçün istifadə edilən ümumi termindir.[2][3] Adətən doğulduğu cinsin əksi olan genderlə özlərini identikləşdirdiklərinə görə, qeyri-binar genderli insanlar, çox vaxt transgender insanlarla eyniləşdirilir[3], lakin, bəzən qeyri-binar genderli insanlar özlərini transgender hesab etmirlər.[4][5]
Qeyri-binar genderli insanlar özlərini keçid cinsli və ya üçüncü cinsin[6] nümayəndələri kimi, birdən çox cinsin nümayəndələsi identikləşdirə bilirlər[7][8], cinsə malik olmaya və ya gender flüidliyinə malik ola bilirlər.[9] Gender identikliyi cinsi oriyentasiya və romantik oriyentasiyadan fərqlidir[10]: qeyri-binar genderli insanlar müxtəlif oriyentasiyaya malik ola bilirlər.[11]