Qazıqumuq xanlığı (lak. Лакрал-Кану,[1] Гъазигъумучиял ханлугъ)[2] — XVI əsrin sonundan XVII əsrin əvvəllərində Dağıstan ərazisində mövcud olmuş feodal dövlət quruluşu.[3] Qazıqumuq şamxallığının süqutundan sonra formalaşmışdır.[4] 1789-cu ildən xanlıq rəsmi olaraq Kürə-Qazıqumuq xanlığı kimi tanınmağa başlamışdır.[5][6]
Xanlığın paytaxtı Qumuq kəndi idi. Xanlığın digər paytaxtı Xosrex olmuşdur, burada qumuq hökmdarlarının möhkəm iqamətgahı yerləşirdi. Ən böyük yaşayış məntəqələri Qumuq, Kuli və Xosrex kəndləri idi. XIX əsrdə əhalinin sayı 47–50 ilə 108 min nəfər arasında qiymətləndirilir. 1859-cu ildə ləğv edilən xanlığın ərazisi Qazıqumux dairəsi kimi Dağıstan vilayətinin tərkibinə daxil olmuşdur.[1]
İstinadlar
Əlavə ədəbiyyat
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.