Türkiyədə yerləşən muzey From Wikipedia, the free encyclopedia
Qaziantep Püstə Muzeyi (türk. Gaziantep Fıstık Müzesi) – Türkiyənin Qaziantep şəhərində yerləşən və püstəyə həsr olunmuş muzey. Dünyada püstəyə həsr olunmuş ilk və yeganə muzeydir.[1]
Püstə Qaziantep coğrafiyası üçün əsas kənd təsərrüfatı məhsulu hesab olunur. Türkiyədə püstə yetişdirməklə məşğul olan əsas vilayət Qaziantepdir. Muzey püstənin Qaziantep tarixində və iqtisadiyyatındakı əhəmiyyətini əks etdirmək, eləcə də, Antep püstəsini dünyaya tanıtmaq məqsədilə Qaziantep Böyükşəhər Bələdiyyəsi tərəfindən 2018-ci ildə inşa edilmiş, 21 sentyabr 2018-ci ildə açılmışdır.[2][1][3]
Muzeyin fəaliyyətinin ilk 5 ili ərzində 180 min nəfər tərəfindən ziyarət edilmişdir. Muzey 2019-cu ildə Tarixi Şəhərlər Birliyi tərəfindən "Yaşayan muzey" mükafatına layiq görülmüşdür.[1][3]
Püstə Araşdırmaları İnstitutunun ərazisində yaradılmış Püstə Parkında yerləşən və püstə formasında dizayn edilmiş muzey 9 bölmədən ibarətdir: püstənin tarixi, yetişdiyi bölgələr, püstə cinsinə daxil olan digər bitkilər, texniki göstəricilər, biçin prosesi, püstənin növləri, qida dəyərləri, tətbiq sahələri və şifahi tarix.[2] Muzeydə püstənin emal prosesi mexatronik heykəllərlə nümayiş etdirilir. Püstə istehsalçıları, biznesmenləri və alimlər ilə birlikdə hazırlanan şifahi xalq araşdırmaları da muzeyin eksponatlarından biridir.[4] Burada Qaziantepdə yetişdirilən 10 püstə növünün hamısı sərgilənir.[1] Muzeyin bağçasında müxtəlif püstə ağacları əkilmişdir.[5] Muzeydə turistlərə pulsuz terenbit püstəsi qəhvəsi servis olunur.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.