Qazaxıstan Silahlı Qüvvələri
From Wikipedia, the free encyclopedia
Qazaxıstan Silahlı Qüvvələri (qaz. Қазақстан Республикасының Қарулы Күштері) Qazaxıstan Respublikasını istənilən növ təhdidlərdən mühafizə etmək vəzifəsi daşıyan qüvvədir. Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları, Hərbi Dəniz Qüvvələri, həmçinin Respublika Qvardiyasından ibarətdir. Milli müdafiə siyasəti məqsədləri ölkənin konstitusiyasına əsaslanır. Qazaxıstan Silahlı Qüvvələri ölkənin müstəqilliyinin və suverenliyinin, həmçinin onun ərazi bütövlüyünün, hava məkanının və konstitusional hüququnun mühafizəçisidir. Ölkənin silahlı qüvvələri Müdafiə Nazirliyinin rəhbərliyi altında fəaliyyət göstərir.
Cəld faktlar Qurulub, Daxildir ...
Qazaxıstan Silahlı Qüvvələri | |
---|---|
Qurulub | 7 may 1992-ci il |
Daxildir |
Respublika Qvardiyası Qazaxıstan Quru Qoşunları Qazaxıstan Hərbi Hava Qüvvələri Qazaxıstan Hərbi Dəniz Qüvvələri Milli Qvardiya |
Qərargah | Astana, Almatı |
Rəhbərlik | |
Ali Baş Komandan | Nursultan Nazarbayev |
Baş Qərargah rəisi | General-leytenant Murat Maykeyev |
Canlı qüvvə | |
Hərbi yaş | 18–45 yaş |
Aktiv kadr | 74,500 nəfər |
Ehtiyat kadr | 32,000 nəfər |
Xərclər | |
Büdcə | 2,435,000,000 ABŞ dolları[1] |
ÜDM faizi | 1.1% (2018)[1] |
Sənaye | |
Yerli təchizatçılar | Kazakhstan Engineering |
Xarici təchizatçılar |
Kanada ÇXR Fransa Almaniya İsrail Rusiya Ukrayna ABŞ[2] |
Əlaqədar məqalələr | |
Tarix |
Tacikistan vətəndaş müharibəsi İraq müharibəsi |
Bağla