Qarğıdalı ətri (film, 1986)
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
«Qarğıdalı ətri» (it. Il sapore del grano) — 1986-cı ilin İtaliya istehsallı dram janrında filmi. Sssenari müəllifi və rejissor Canni Da Kampo, baş rolları Lorentso Lena və Marko Mestriner oynamışlar. Film gənc professor və onun 12-yaşlı tələbəsi arasında yaşanan homoseksual sevgi haqqında bəhz edir[1][2][3].
Qarğıdalı ətri Il sapore del grano | |
---|---|
it. Il sapore del grano | |
Janr | dram filmi |
Rejissor | Canni Da Kampo |
Baş rollarda |
Lorentso Lena Marko Mestriner Alba Mottura |
Bəstəkar | Franko Pyersanti |
İstehsalçı | Rai |
İlk baxış tarixi | 1986 |
Filmin növü | Bədii film |
Müddət | 97 dəq. |
Ölkə | İtaliya |
Dil | İtalyanca |
İl | 1986 |
Rəng | rəngli |
IMDb | ID0102840 |
Kvalifikasiya olunmuş gənc müəllim Lorentso kiçik italyan kəndində işləməyə dəvət alır. Onun şagirdlərindən biri, 12 yaşlı sevimli və ağıllı fermer oğlu Dulio tədricən öz müəllimi Lorentsoya aşiq olur və onlar çox yaxın dost olurlar. Lakin Dulio arzulayır ki, Lorentso onun böyük qardaşı olacaq. Lorentso tez-tez Dulionun evinə qonaq gəlir, onun valideynləri ilə tanış olur. Lorentso eyni zamanda kənddə gənc qadınla taniş olur və ona aşiq olur. Buna baxmayaraq, yeni rəfiqə ilə əlaqələr elə də yaxşı alınmır və buna görə Lorentso onunla ayrılmaq istəyir, çünki o ərə getməyə hazırlaşır. Yeni rəfiqə Lorentsoya gələcək ərinin azad əlaqələr tərəfdarı olduğunu bildirir. Lorentso belə bir təklifdən imtina etməyi gərara alır. Lorentso getdikcə Dulio ilə daha da yaxınlaşır, və tez-tez onunla öz vaxtını keçirir. Müəllim oğlana öz kitablarını, Dulio isə özünün hazırladığı taxta qayıqlarını və sevgi şeirlərini verir. Fermanın təsərrüfat binasında olan zaman Dulio öz müəllimini öpür. Tezliklə kəndə Dulionun bacısı qayıdır və müəllimlə tanış olduqdan sonra, onların hər üçü yaxın dosta çevrilirlər. Lakin tezliklə hər şey dəyişilir; Dulionun ögey anası müəllimə etməyərək bu haqqda uşağın atasına bildirir. Tədricən, oğlunun öz müəllimini həddindən artıq sevdiyini anlayan ata Lorentso ilə daha az görüşməyə başlayır. Atasının tələbi ilə Dulio gündüzlər fermada çalışmağa başlayır, lakin o bu üzücü işdən bezərək Lorentso üçün darıxır və onun yanına getməyi istəyir. Bu çətin vəziyyətdən çıxmaq üçün, Lorentso əbədi olaraq kəndi tərk etməyə və Duliodan uzaqlaşmaq gərarına gəlir. Ana Lorentsonun oğluna duyduğu hisslərin saf və təmiz olduğunu anlayır və ondan üzr istəyir. Ailə onun istədiyi vaxt qonaq gəlməyinə həmişə şad olduqlarını bildirirlər. Oğlan anlayır ki, onun müəllimi mövcud halda gəlməyi mümkün olsa belə, heç bir zaman qayıtmayacaq. Müəllim oğlan ilə homoseksual sevgi əlaqələr ideyasını rədd edir və kənddən uzaqlaşmaq istəyir. Dulio sevdiyi müəllimin kənddən getməsini istəmir və artıq gedən taksinin dalınca qaçır. Müəllim isə ona tam güvənən və sevən oğlanla sevgisinin itəcəyini bilib ağlayır.
Filmin Şimali Amerikada buraxılışından sonra məktəb müəllimi və onun yeniyetmə pərəstişkarı arasında yaşanan həssas romantik əlaqələr canlandırıldığı üçün tənqidçilər ona əsasən müsbət rəy vermişdilər. Allrovi filmi yüksək qiymətləndirərək, "dram filminin 12 yaşlı oğlanın homoseksual arzularının oyanışını çox ehtiyatla göstərdiyini" bildirmişdi[4]. The Seattle Times filmin "həddindən artıq dürüst", San Fransiskonun Bay Area Reporter nəşri isə filmin "qapalı bir mövzuya çox səmimi ürəklə" çəkildiyini qeyd etmişdirlər[5]. 2012-ci ilin sentyabr ayında "xüsusi mərasim" sayılan 80-ci illərin retrospektiva tərkibi çərçivəsində, film "Gizli qiymətli daş" reklam adı altında 17-ci Milan Film festivalında nümayiş edilmişdir[6].
İl | Təşkilat | Mükafat | Resipiyent | Nəticə |
---|---|---|---|---|
1986 | Festival del cinema neorealistico (Neorealist Film Festivalı) | Kim Arcalli Plaque | Canni Da Kampo (Rejissor) | Qazandı |
Pietro Biançi Plaque | Chantal Bergamo & Enzo Porcelli (Prodüsser) | Qazandı |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.