Qars vilayəti
From Wikipedia, the free encyclopedia
Qars vilayəti (rus. Карсская область) — Cənubi Qafqazda, 3 mart (19 fevral Yuli təqvimi) 1878 – 14 sentyabr (1 sentyabr Yuli təqvimi) 1917-ci illərdə Rusiya imperiyası, 14 sentyabr (1 sentyabr Yuli təqvimi) – 7 noyabr (25 oktyabr Yuli təqvimi) 1917-ci ildə Rusiya Respublikası, 22 aprel (9 aprel Yuli təqvimi) – 26 may 1918-ci ildə Zaqafqaziya Demokratik Federativ Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Qars şəhəri idi. Hazırda bu ərazi Türkiyə Respublikasının əsasən Ərdəhan və Qars illərinə, qismən isə Ərzurum ilinə və Ermənistan Respublikasının Şirak mərzinə daxildir. Erməni müəllif Bədəlyan 1953-cü ildə nəşr edilmiş "Rusiya tərəfindən birləşdirilməsindən günümüzədək Ermənistan əhalisi" adlı məqaləsində qeyd edir ki, "1886-cı ilin ailələr üzrə siyahılarından götürülmüş, Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatların yekunu"na əsasən yaşayanların sayına görə Qars vilayətinin Qars dairəsinin 14,70%–i (Ağbaba şöbəsi tamamən; Şuragel şöbəsindən Qaraməmməd və Molla Musa kənd cəmiyyətləri, həmçinin Baş Şuragel kənd cəmiyyətindən Aralıq kəndi) Ermənistan SSR–in hazırkı (1953-cü il) sərhədlərinə daxil olmuşdur.[3]
Qars vilayəti | |||||
---|---|---|---|---|---|
40°36′24″ şm. e. 43°05′35″ ş. u. |
|||||
Ölkə | Rusiya İmperiyası | ||||
İnzibati mərkəz | Qars | ||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 1878 | ||||
Ləğv edilib | 1918 | ||||
Sahəsi | 18.469 km² | ||||
Əhalisi | |||||
Əhalisi | 162.979 nəfər (1882) | ||||
Rəsmi dili |
Türk dilləri – 35.94 %[q 1] Erməni dili – 25.26 % Kürd dili – 14.78 % Yunan dili – 11.21 % Rus dili – 7.68 % Malorus dili – 1.82 % Polyak dili – 1.12 % Digər – 2.19 % (1897 sa.)[1][2] |
||||
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |