From Wikipedia, the free encyclopedia
Qarnıkirpiklilər (lat. Gastrotricha) — heyvanlar aləminə aid heyvan tipi. Bədənin qarın tərəfi kirpiklərlə örtülü olduğu üçün sinfə bu ad verilmişdir.
Qarnıkirpiklilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Ranqsız: Ranqsız: Spiralia Klad: Rouphozoa Tip: Qarnıkirpiklilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Kirpiklər subsrat üzərində hərəkət etməyə xidmət edir. Bu tipin nümayəndələrinin baş hissəsində də kirpiklər vardır. Müasir dövrdə şirin sularda və dənizlərdə yaşayan 150-dən çox növü məlumdur.
Qarnıkirpiklilərin bədəni nazik kutikula ilə örtülmüşdür. Kutikulanın altında uzununa əzələlər yerləşir, ancaq bütöv qat əmələ gətirmir. Qarnıkirpiklilərdə dəri-əzələ kisəsi yoxdur. Şirin sularda yaşayan formaların baş hissəsi gövdədən tam seçilir. Bədənin arxa hissəsi çəngəl şəklində iki yerə haçalanmışdır. Haçalara yapışqanlı maddə ifraz edən vəzilər açılır.
Kiçik Gastrotricha qrupu turbellarilərlə bəzi Nemathelminthes qrupları arasında olan əlaqəni müəyyən etməyə imkan verməsinə görə böyük maraq doğurur. Gastrotricha və Turbellaria-nın yaxınlığı onların bədəninin bəzi hissələrindəki kirpik örtüyü dəri vəzilərinin quruluşu, protonefridial aparatın və cinsi sistemin quruluşu sübut edir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.