Qaraxanlı (Tovuz)
Azərbaycan Respublikasının Tovuz rayonunun Qaraxanlı kənd inzibati ərazi dairəsində kənd From Wikipedia, the free encyclopedia
Qaraxanlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Qaraxanlı kənd inzibati ərazi dairəsində kənd.[3] Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Tovuz rayonunun faktiki mövcud olan Qaraxanlı kəndi dəqiqləşdirmə qaydasında Xatınlı kənd inzibati-ərazi vahidinin tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.[4] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Tovuz rayonunun Qaraxanlı kəndi Xatınlı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaraxanlı kənd inzibati-ərazi vahidi yaradılmışdır.[5]
Qaraxanlı | |
---|---|
41°02′13″ şm. e. 45°38′56″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ6030[2] |
Toponimikası
Etnotoponimdir. Qaraxanlılar orta türk dövründə Qərbi Türküstanda yaranmış ən qüvvətli tayfa birliyi olmuşdur. Əsasən karluq və uyğurlardan ibarət idi. Bu tayfalar birləşərək 940-cı ildə Kaşqarın mərkəzində Qaraxanlılar dövlətini yaratmış, ilk hökmdan Əbdülkərim Satuk Buğra Qaraxan (940–955) olmuşdur. Tovuzda məskunlaşmış qaraxanlılar yerli oğuzlara nə qədər qaynayıb-qarışsalar da, yenə də öz ilkinliklərini qoruyub saxlamışlar.[6]
Tarixi
Qaraxanlı kəndinin yaranması və adlandırılması ilə bağlı müxtəlif versiyalar möcuddur. Belə ki, tarixin dərinliklərində Qaraxanlı toponiminə çox rast gəlinir. Bu toponimlərə hazırkı Ağcabədi rayonunda, Kəlbəcərdə, Təbriz yaxınlığında rast gəlmək olar. Tarixdə isə bu toponimə 840–1212-ci ildə paytaxtı Kaşğar şəhəri olan Qaraxanilər imperatorluğu kimi tanınan türk-müsəlman dövləti aid edilir. Bu ad özlüyündə türk dilində səslənir ki, bu da həmin toponimə aid olan insanların türk soylu olması ilə izah edilir. Bildiyimiz kimi, Azərbaycanın tarixi və hazırkı ərazisində yaşayan müxtəlif etnik qruplar əsasən türk soyludurlar və qaraxanlılar da belə türkdilli tayfalardan biri olan ayrım tayfasının bir qolu kimi nəzərdən keçirilə bilər. Tovuz rayonunun Qaraxanlı kəndi Tovuzun Əmirli elinə aid edilən bir neçə kənddən biridir və həmin kəndlər kimi (Əmirli eli – Bozalqanlı, Əlimərdanlı, Səmədbəyli, Mansırlı, Qaraxanlı, Xatınlı, Qədirli, Cilovdarlı, Mülkülü) ötən əsrin əvvəllərində Kürqırağı boyunca sıralanmaqla çox sıx sosial-mədəni birlikdə yaşayırdılar. Bu isə Əmirlilər arasında ümumi dialektin, vahid şivənin (ləhcənin), eləcə də, məişətin, digər mənəvi dəyərlərin ümumiliyinə gətirib çıxarmışdır. Heç təsadüfi deyil ki, məhz bunun nəticəsidir ki, adları çəkilən bu kəndlərin əhalisı arasında indi də bir doğmalıq hiss olunmaqdadır.
Əmirlilər öz milliliyi, türklüyü, mübarizliyi ilə nəinki Tovuzda, bütöv Azərbaycanda tanınırlar. Burada saza-sözə, sənətə və sənətkarlığa xüsusi hörmət vardır. Hətta insanları bir-birindən ayırmaq üçün onlara xüsusi ayamaların qoyulması və bu yolla pisi və yaxşını bir-birindən ayırmaq kimi qeyri-adi adətləri vardır.
Müasir Qaraxanli kəndi hazırkı məskunlaşma yerinə XX əsrin 30-cu illərində köçürülmüşdür ki, bunun da Tovuz stansiyasına (yəni mərkəzə) daha yaxın olması ilə izah edilir.
Tarixi abidələri
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi
Kənd Gəncə-Qazax düzənliyində, Tovuz şəhərindən şimal-şərqə 7 km məsafə uzaqlıqda olmaqla öz tarixi qonşuları Xatınlı, Qədirli, Cilovdarlı, Əlimərdanlı kəndləri ilə eyni paraleldə yerləşməkdədir. Ərazi əsasən düzənlikdir. Suvarılma kanalı hesabına məhsuldar torpaqları vardır.
Əhalisi
Tanınmış şəxsləri
- Məzahir Pənahov — Mərkəzi Seçki Komitəsinin sədri.
- Müseyib Müseyibov — coğrafiya elmləri doktoru, professor, əməkdar elm xadimi.
Şəhidləri
- Vəlixanov Rövşən Aydın oğlu (1994–2020)[9] — İkinci Qarabağ müharibəsi şəhidi.
- Qasımov Hacıəli Tahir oğlu (2002–2024) — İkinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xankəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanmış, 4 ay komada qalmış və 28 yanvar 2024-cü ildə şəhid olmuşdur.
İqtisadiyyatı
Yaxın keçmişə Qaraxanlı kəndində böyük üzümçülük sahələri geniş yayılmışdır. Bu sahələrin biganəlik və uzağı görə bilməmək üzündən qırılmasına baxmayaraq hazırda yeni üzüm sahələri salınmaqdadır.
Kəndin əkin sahələri 2 hissəyə bölünür — kənddən cənuba Tovuz şəhərinə yaxın sahələr (təzə məhlələr) və kənddən şimala, Kür çayına yaxın hissələr.
Qaraxanlı kəndinin aşağı hissəsindən Kür çayı axır ki, bu da o hissədə olan torpaqları olduqca məhsuldar edir. Bu ərazidə kənd təsərrüffatı məhsullarında kartof, soğan, qarpız, yemiş və s. bostan bitkiləri, eləcə də kürqırağı Tuqay meşələrində müxtəlif ağac növləri və cır meyvə kolları bitir. Bu ərazilərdə heyvandarlıq, balıqçılıq inkşaf etmişdir.
Mədəniyyəti
Kənddə Qaraxanlı kənd kitabxana filialı,[10] Qaraxanlı kənd Mədəniyyət Evi,[11] Qaraxanlı poçt şöbəsi (AZ6030)[12] fəaliyyət göstərir.
Təhsil
Kənddə Fariz Hüseynov adına Qaraxanlı kənd tam orta məktəbi fəaliyyət göstərir.[13][14]
Bundan başqa kənddə Qaraxanlı kənd körpələr evi-uşaq bağçası fəaliyyətdədir.[15]
Din
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə
Kənddə Qaraxanlı kənd həkim məntəqəsi yerləşir.[16]
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.