![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/b6/Vimba_vimba.jpg/640px-Vimba_vimba.jpg&w=640&q=50)
Qarasollar
From Wikipedia, the free encyclopedia
Qarasol (lat. Vimba) — balıq cinsi. Bədəni az hündürdür. Ağzı aşağıda və aypara şəklindədir. Udlaq dişləri bir sırada yerləşir, yanlardan basıqdır, sayı adətən 5-5-dir. D III 8 (9), A III (15) 16-22-dir. Anal üzgəci bel üzgəcinin qurtaracağındakı vertikaldan başlayır. Bel üzgəcinin gerisində pulcuqla örtülü olmayan omurğa vardır. Peysər ilə bel üzgəcinin başlanğıcı arasında pulcuqla örtülü olmayan şırım olur. Bel üzgəcinin qurtaracağı ilə quyruq üzgəcinin başlanğıcı arasında aydın görünən omurğa olur. Qəlsəmə dişcikləri qısa və seyrəkdir (16-20 ədəd). Qara dənizdə, Baltik və Xəzər dənizlərinin hövzələrində yayılmış bir növü vardır. Bu növün Azərbaycanda xüsusi yarımnövü yayılmışdır.
Cəld faktlar Elmi təsnifat, Beynəlxalq elmi adı ...
Qarasollar | ||||||||
---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Sinifüstü: Sinif: Ranqsız: Actinopteri Yarımsinif: Neopterygii İnfrasinif: Dəstəüstü: Ostariophysi Ranqsız: Otophysi Ranqsız: Cypriniphysae Dəstə: Fəsiləüstü: Cyprinoidea Fəsilə: Yarımfəsilə: Leuciscinae Cins: Qarasollar |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Bağla