From Wikipedia, the free encyclopedia
Qarabağ atəşkəs razılaşması — 20 sentyabr 2023-cü ildə Azərbaycanın Dağlıq Qarabağda separatçı erməni Dağlıq Qarabağ Respublikasına qarşı hərbi hücumunu dayandıran atəşkəs razılaşması. Müqavilə 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra regionda yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin vasitəçiliyi ilə imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən, DQ Müdafiə Ordusu ləğv edilmişdir. Rusiya sülhməramlıları baza düşərgəsində 1,049-u uşaq olmaqla 2,261 nəfəri sığındırılmışdır.[1]
Dağlıq Qarabağ Azərbaycan ilə yerli etnik ermənilər arasında mübahisəli region olmuşdur. 1991-ci ildə orada separatçı erməni separatçı Dağlıq Qarabağ Respublikası yaradılmışdır, lakin region beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınmışdır. DQR tezliklə öz ordusunu, Dağlıq Qarabağ Müdafiə Ordusunu təsis etmişdir.
19 sentyabr 2023-cü ildə Azərbaycan regionda yerli DQ silahlı qüvvələrinə qarşı hərbi hücuma başlamışdır. Azərbaycan regionda baş vermiş bir neçə mina insidentini əməliyyat üçün əsas götürmüşdür. İki ayrı partlayış nəticəsində 6 nəfər, üçüncü partlayışda Azərbaycan avtomobil yolları departamentinin iki əməkdaşı, daha dörd nəfər hadisəyə cavab verərkən, daha bir mina partlaması nəticəsində dörd əsgər və iki mülki şəxs həlak olmuşdur. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaharova bildirmişdir ki, Rusiya sülhməramlılarına Azərbaycanın hücumu başlamazdan bir neçə dəqiqə əvvəl xəbərdar edilmişdi. Azərbaycan Müdafiə Nazirliyi elan etmişdir ki, cəbhə xəttində yerləşən mövqelər və DQ silahlı qüvvələrinin birləşmələrinin dərin, uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi obyektləri yüksək dəqiqlikli silahlardan istifadə etməklə yararsız hala salınmışdır.[2]
20 sentyabrda DQ silahlı qüvvələri bildirmişdir ki, Azərbaycan qoşunları onların xətlərini yarmış, bir neçə yüksəklikləri və strateji yol qovşaqlarını ələ keçirmişdilər.[1] Həmin gün səhər tezdən mətbuat konfransında azərbaycanlı polkovnik Anar Eyvazov yerli erməni qüvvələrini silahlarını yerə qoymağa və təslim olmağa çağırmışdır.[3] Qısa müddət sonra DQR hakimiyyəti Rusiya sülhməramlı kontingentinin komandanlığının atəşkəslə bağlı təklifini qəbul etdiklərini bildirmişdir.[1]
Atəşkəs razılaşması 20 sentyabr 2023-cü ildə, Azərbaycan vaxtı ilə saat 13:00-da əldə olunmuşdur. Şərtlərə görə, DQR silahlı qüvvələrinin birləşmələri və regiondakı qanunsuz erməni silahlı birləşmələri silahları yerə qoyub, döyüş mövqelərini və hərbi postlarını tərk edərək tamamilə tərksilah etməli idilər. Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan ərazisini tərk edir, bütün silah-sursat və ağır texnika eyni vaxtda təhvil verilməklə qanunsuz erməni silahlı birləşmələri ləğv edilir, həmin şərtlərin yerinə yetirilməsi Rusiya sülhməramlı kontingenti ilə razılaşdırılmaqla təmin edilir.[4] Müqavilə 31 ildən sonra Dağlıq Qarabağ Müdafiə Ordusunu ləğv etmiş və Dağlıq Qarabağ münaqişəsində əlamətdar hadisə olmuşdur. Müqavilənin şərtləri tam təslim olmağı nəzərdə tutsa da, o, Azərbaycan və Ermənistan arasında gələcək sülh müqaviləsi bağlanana qədər təslim olma aləti deyil, atəşkəs kimi çərçivəyə salınmışdır.
Rusiyanın vasitəçiliyi ilə 21 sentyabr 2023-cü ildə Yevlaxda sazişin şərtləri, xüsusilə erməni separatçılarının tərksilah edilməsi və Dağlıq Qarabağ əhalisinin Azərbaycana reinteqrasiyası ilə bağlı danışıqlar başlamışdır. Azərbaycan 28 sentyabr 2023-cü il tarixinə qədər DQR silahlı qüvvələrindən 1,132 ədəd atıcı silah və qumbaraatan, 61 ədəd artilleriya silahı, 235 ədəd HHM vasitəsi, 434,295 ədəd döyüş sursatı, 2,732 ədəd təchizat və ləvazimat, 231 ədə optik və digər cihazlar, 26 ədəd zirehli texnika, 125 ədəd avtomobil texnikası və 21 ədəd zirehli qoşqu əldə etmişdir.[5]
20 sentyabrda televiziya ilə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev hücumdan sonra ölkənin Dağlıq Qarabağ üzərində "suverenliyini bərpa etdiyini" və yerli erməni qüvvələrinin "tam təslim olmasına" nail olduğunu bildirmişdir.[6]
Ermənistanın baş naziri Nikol Paşinyan atəşkəs layihəsinin hazırlanmasında Ermənistanın iştirak etmədiyini və "Ermənistanın Dağlıq Qarabağda ordusunun olmadığını" bildirərək razılaşmadan uzaqlaşmışdır. Buna baxmayaraq, Paşinyan atəşkəsi dəstəklədiyini və bunun saxlanmasının "çox vacib" olduğunu bildirmişdir.[6] Ermənistanın paytaxtı İrəvanda hökumətin etnik erməniləri müdafiə etmədiyi iddiası ilə etirazlar başlamış və etirazçılar Paşinyanın istefasını tələb etmişlər.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.