Qarabağ Birlik Məclisi
Azərbaycan siyasi-hərbi təşkilat / From Wikipedia, the free encyclopedia
Qarabağ Birlik Məclisi (az-əbcəd. قاراباغ بیرلیک مجلیسی), həmçinin sadəcə Qarabağ Məclisi (قاراباغ مجلیسی) və ya əvvəlki adı ilə Difai Firqəsinin Qarabağ bölməsi (دیفای فیرقهسینین قاراباغ بؤلمهسی) — Difai Partiyasının Qarabağ regionunda fəaliyyət göstərən bölməsi.[1] 1907-ci ilin martında və ya avqustunda yaradılmışdır. Mərkəzi Şuşada idi. Regionda çox populyar olan "Qarabağ Birlik Məclisi" partiyanın ən çoxsaylı, nüfuzlu və fəal bölməsi hesab olunur.[2][3] Onun fəaliyyəti bütün Yelizavetpol quberniyasının Cavanşir, Qaryagin və Şuşa qəzalarını əhatə edirdi. Təşkilatın təxminən 400 nəfərlik döyüş drujinası var idi.[2]
Cəld faktlar Sədri, Qurucu ...
Qarabağ Birlik Məclisi قاراباغ بیرلیک مجلیسی | |
---|---|
Sədri | Kərim bəy Mehmandarov |
Qurucu | |
Quruluş tarixi | 1907 (mart və ya avqust) |
Dağılma tarixi |
may 1909 (rəsmi) 1910-cu illərin əvvəlləri (gizli) |
Sələfi | Difai Partiyası |
Baş qərargah | |
İdeologiya |
Azərbaycan milliyətçiliyi islamçılıq antiimperializm sosial ədalət sosial-demokratiya |
Üzv sayı | 400+ |
Bağla