Qara ölüm
From Wikipedia, the free encyclopedia
Qara ölüm və ya qara taun — tarixdəki ikinci taun pandemiyasıdır, ən yüksək həddinə 1346–1353-cü illərdə çatmış və təkrar infeksiyalar XIX əsrə qədər baş qaldırmışdır. Avrasiyada və Şimali Afrikada 75–200 milyon[1][2][3][4][5][6] nəfər xəstəliyin qurbanı olmuşdur. Müxtəlif məlumatlara görə həmin dövrdə Avropa əhalisinin təqribən 30%-60% tələf olmuşdu. Qara ölüm 1361-ci və 1369-cu illərdə kəskin olmasa da, yenidən özünü göstərmişdi.
Qara ölüm | |
---|---|
Xəstəlik | Taun |
İlk qarşılaşma | 1346 |
Tarix | 1346–1353-cü illər |
Növü | "Pasteurella pestis" |
Statistika | |
Yoluxma sayı | 30 milyon |
Ölüm sayı | 24 milyon |
Ərazi | Avropa, Afrika və Asiya qitələri |
Vikianbarda əlaqəli mediafayllar |
Böyük ehtimalla pandemiyanın ilkin mənbəyi Xəzər dənizinin şimal sahilində yerləşmiş və buradan xəstəlik Mərkəzi Asiyaya və ya Şərqi Asiyanın[7][8][9][10][11] əksər hissəsinə yayılmışdır. Epidemiya tədricən İpək Yolu boyunca yayılaraq 1347-ci ilə qədər Krım yarımadasına çatmışdır. Oradan, çox güman ki, Aralıq dənizi hövzəsində yayılaraq Konstantinopol, Siciliya və Apennin yarımadasından keçərək Afrikaya, Qərbi Asiyaya və Avropanın qalan hissəsinə yayılmışdır. Xəstəliyə səbəb kimi "Pasteurella pestis"in daşıyıcısının Genuya ticarət gəmilərində "səyahət" edən qara siçovullar olduğu ehtimal edilir.
Pandemiya qurbanlarının qalıqlarının genetik tədqiqatları[12] taun çöpünün — "Pasteurella pestis"in əsas yoluxdurucu vasitə olduğunu göstərmişdir. Y. pestis infeksiyasına yoluxma ən çox bubon taunu ilə nəticələnir, lakin o həmçinin septikemik və ya pnevmonik xəstəliklərə də səbəb ola bilər.[13] Bununla belə bəzi tədqiqatçılar qara ölümün təbiəti ilə bağlı alternativ nəzəriyyələr irəli sürürlər. Tədqiqatlar onu da göstərmişdir ki, Qara Ölüm böyük ölçüdə sətəlcəm taununa səbəb olan — insan bitləri vasitəsilə, şəxslə ünsiyyət və əşyalar üzərindən yayılmışdır.[14]
Taun ilə mübarizədə orta əsr tibbinin və dini qurumların səmərəsizliyi, bütpərəst məzhəblərin və xurafatların canlanmasına, potensial "zəhərləyicilərin" və "taun zəhərinin yayıcılarının" təqib olunmasına, dini fanatizmin və dini dözümsüzlüyün artmasına səbəb oldu. Qara ölüm ikinci pandemiyanın başlanğıcı idi.[15] və o, Avropa tarixində böyük bir iz buraxdı, iqtisadiyyatda, psixologiyada, mədəniyyətdə və hətta əhalinin genetik tərkibində də dəyişikliyə gətirib çıxardı.
Qara Ölüm orta əsrlərin sonunda Avropanı silkələyən ikinci fəlakət idi (birincisi, 1315–1317-ci illərdəki böyük aclıq olmuşdur).[16] Onun Avropa əhalisinin 30–50% -ni öldürdüyü təxmin edilir.[17] Ümumilikdə taunun XIV əsrdə dünya əhalisinin sayının təxmin edilən 475 milyondan 350–375 milyona endirməsinə səbəb olduğu düşünülür.[18] Orta əsrlərdə daha çox epidemiyaların baş verməsi və demoqrafik vəziyyətə təsir göstərən digər amillərlə Avropa əhalisinin 1300-cü il səviyyəsində bərpası, yalnız 1500-cü ildə mümkün oldu.[19] XIX əsrin əvvəllərinə qədər dünyanın müxtəlif yerlərində taun epidemiyası bir neçə dəfə təkrarlanmışdır.