From Wikipedia, the free encyclopedia
Əkin qaraçörəkotu (lat. Nigella sativa)[2] — qaymaqçiçəyikimilər fəsiləsinin qaraçörəkotu cinsinə aid bitki növü.[3]
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Əkin qaraçörəkotu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Ranunculoideae Triba: Nigelleae Cins: ???: Əkin qaraçörəkotu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Bitkinin botaniki adı – Nigella Sativadır. Azərbaycan dilində ənənəvi olaraq onu qara zirə adlandırırlar. Bitki Aralıq dənizi regionunda, Afrikanın şimalında, Asiyada və Ərəbistan yarımadasında bitir. Gözəl ətirli xassəyə malik, görünüşünə görə küncütə bənzəyən, amma qara rəngi ilə ondan fərqlənən zirə xalq arasında müxtəlif adlarla məşhur dur.
Arxeoloqlar neolit və mezolit təbəqələrində apardıqları qazıntılar zamanı qara zirə toxumları tapmışlar ki, bu da ondan hələ 8 min il bundan qabaq istifadə edildiyini göstərir. Məşhur alim Lord Karter olduqca mühüm bir arxeoloji kəşf etmişdir. O, firon Tutanxamonun qəbrini tapdıqda gənc çarın ətrafına düzülmüş əşyaların ara sında yağ olduğunu aşkar etmişdi. Lakin arxeoloq onun nə yağı olduğunu o vaxt bilmirdi. Sonradan o yağ "qara zirə yağı" adını aldı. Misirlilər bu bitkini "Şantit" adlandırırdılar. Lakin buna baxmayaraq, məhz bu bitkinin yağının dəfn edilmiş çarın əşya la rı arasında olması faktı, şübhəsiz ki, onun həmin dövr lərdə böyük əhəmiyyətə malik olduğunu göstərir [4].
Qara zirə hüceyrələrdəki metabolizm fəaliyyətinə kömək edir. Hüceyrələrin inkişafı və yeniləşməsində qara zirəyə ehtiyac vardır. Bədənə lazım olan hormonların inkişafına təsir edir. Qara zirə allergiyanın yaranması ilə bağlı olan histamin kimi maddələrin artmasının qabağını alır. Hormonların yaranmasında iştirak etdiyi üçün möhkəm bir hormon müdafiəsini və sinir sisteminin fəaliyyətini təmin edir, immun blokadasının aradan götürülməsinə kömək edir, müdafiə hüceyrələrinin lazım olduğundan artıq iş görməsinə maneə yaradır, hüceyrələrin məhv olması, yeniləşməsi və hüceyrə divarlarının möhkəmlənməsində iştirak edir, qanda xolesterolu normallaşdırır, qan damarlarındakı qanın sürətini tənzimləyir və tıxanmaların qarşısını alır, yüksək qan təzyiqini endirir və aşağı təzyiqi, nəbzi normaya salır və ürəkdə ilk infarkt riskini azaldır, yaralanmış yerlərin tez yaxşılaşmasına və dərinin qüsurlarının aradan qaldırılmasına kömək göstərir[5].
Orqanizmin ümumi möhkəmliyini təmin etmək üçün yeməkdən sonra 1 çay qaşığı qara zirə qəbul etmək tövsiyə edilir ki, bu da, adətən, gündəlik doza hesab olunur. Bu həddi keçmək məsləhət görülmür. Təkcə hamiləlik dövründə qara zirənin qəbul edilməsi məsləhət görülmür. Qara zirə isti və qurudur. Bədəndəki kiçik şişləri, şişkinlikləri aparır, dazlaşmış yerə əkilən tük kökünü inkişaf etdirir, ala-bula xəstəliyini və dörd gündən bir gələn qızdırmanı sağaldır, damarlardakı trombları açır, mədə qazlarını qovur, mədənin digər qalıqlarını qurudub xaric edir. Bunlardan başqa, məhz qara zirə insanın immun sistemini möhkəmləndirib, ona enerji və güc verərək, sağlamlığın əvəzolunmaz bərpaçısına çevrilir. Həmçinin qara zirədən əsəb sisteminin xəstəliklərində, mədə xoralarında, mədə-bağırsaq qurdlarında, nizamsız aybaşılarda və hətta xərçəng xəstəliklərində də istifadə edilir [4].
Bitkinin kapsul içərisindəki toxumu qida kimi istifadə olunur. Bitkinin adı toxumlarının qara rəngindən götürülmüşdür. "Nigella" sözü latın dilində qaraya çalan mənasına gələn "nigellus" sözündən alınmışdır.
Çörəkotunun vətəni Şərqi Aralıq Dənizi ölkələri, Şərqi və Cənubi Avropadır. Çörəkotu digər ölkələrə buradan yayılmışdır. Çörəkotu 2000 ildən artıqdır ki, Mərkəzi və Uzaq Asiya ölkələrində bir çox xəstəliyin müalicəsində şəfa vəsiləsi olan bir bitkidir. Bəzi qidalarda (çörək, un məmulatları, biskvit) bəzək kimi istifadə olunan çörəkotu, aromatik (xoş qoxulu) xüsusiyyətləri səbəbilə bəzi qidalarda da ləzzət vəsiləsi kimi istifadə edilir. Çörəkotunun toxum suyu və yağının; böcəklərə, viruslara və bakteriyalara qarşı təsirli olduğu təsbit edilmişdir. Bu bitkinin yağından, işlətmə dərmanlarında qoxu və dad dəyişdirici kimi istifadə olunmaqdadır.
Yunan bilicisi Dioskorides baş ağrılarına, zökəmə, diş ağrısına və bağırsaq qurdlarına qarşı müalicədə qara zirədən istifadə edərmiş. Müasir tibbin atası sayılan Hippokrat qara zirəni qara ciyər və həzm sistemi xəstəliklərinə qarşı müalicədə geniş tetbiq etmişdir. Tibb tarixinin en meşhur tibb kitablarından biri olan ve bütün Avropa ölkelerinde tercüme edilib geniş yayılmış "Tibbin Müalicə Qanunları"nin müəllifi böyük müsəlman alimi İbn Sina qara zirənin metabolizmi, halsızlığı tənzimlədiyini və bir sıra digər xəstəlikləri aradan qaldırdığını bildirmişdir.
Müasir tibb bu bitkinin özəl xüsusiyyətlərini, oyadıcı təsirlərini tətbiq edərək hemarroy, hepatit, zökəm, ishal, öskürək və bir çox başqa xəstəliklərin müalicəsinde tətbiq edir.
Müasir dərman istehsalının olmadığı dövrlərdə xəstəliklərin müalicəsində bitkilərin müxtəlif qisimlərindəki müəssir maddə ayrılmadan istifadə olunurdu. Dövrümüzdə dərman, kosmetika və qida sektorunda bitki qaynaqlı məhsullar saflaşdırılaraq və hər maddənin xüsusiyyətləri öyrənilərək istifadə edilməkdə və xam maddəsi bitki olan məhsullara tələb davamlı artmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının (WHO) təxminlərinə görə dünyada 20.000-dən çox bitki növü tibbi məqsədlə istifadə olunur.
Çörəkotunun tərkibinin müəyyən edilməsində istifadə edilən kimyəvi analiz üsulları çox müxtəlif olduğuna görə mahiyyəti haqqında çox dəqiq təsbitlər yoxdur. Çörəkotu toxumlarının tərkibində uçucu yağ (0.38-0.49%), sabit yağ (30-40%), protein (20-30%), saponin, melantin, nigellin və tanen mövcuddur. Çörəkotu toxumunun kimyəvi mahiyyəti, bitkinin biçin mövsümünə, növünə və yetişdirildiyi iqlimə görə müxtəlif olur. Qahirə yaxınlığında yetişdirilən çörəkotu toxumlarından əldə edilən uçucu yağın tərkibində 67 qarışığın olduğu və bu qarışıqların miqdarına görə ən vaciblərinin p-simen, timokinon, a-pinen və ß-pinen olduğu müəyyən edilmişdir. Bir araşdırmada, çörəkotu toxumlarında 6,4% su, 4% kül, 32% yağ, 20,2% xam protein, 6,6% xam lif və 37,4% karbonhidrat olduğu; sabit yağın 1,2% miristik, 8,4% palmatik, 2,9% stearik, 17,9% oleik, 60,8% linoleik, az miqdarda araşidik və 1,7% eikosadienoik turşulardan ibarət olduğu bildirilmişdir. Bundan başqa çörəkotu toxumlarında az miqdarda B1, B2 və B6 vitamini; proteinlərin təməl daşı olan amin turşuları; dəmir, kalsium, maqnezium, sink və selenium kimi minerallar da var. Çörəkotu toxumlarındakı müəssir maddə (kristal halında) nigellon, ancaq 1959-cu ildə izolyasiya edilə bilmişdir.
Bir tədqiqatda çörəkotunun müxtəlif xərçəng hüceyrələrini öldürücü və şişlərə aid antitellərin çoxalmasını dayandırıcı xüsusiyyətlərə sahib olduğu öyrənilmişdir. Çörəkotunun normal hüceyrələrə zəhər təsiri vermədiyinə dair araşdırmalar da var. Çörəkotu toxumunda olan ß-sitosterol; ifraz fəaliyyətini artırma, qandakı xolestrol səviyyəsini azaltma kimi xüsusiyyətlərə malik bir molekul olub prostat böyüməsində müalicə təsirli dərman kimi istifadə olunur.
Çörəkotu toxumları; idrar sökdürücü, qan təzyiqini azaldıcı, südü artırıcı, iştaha açıcı kimi çox yönlü təsirlərə vəsilə ola bilən şəkildə yaradılmışdır. Yağı isə kəpəyə və saç tökülməsinə qarşı istifadə edilir.
Çörəkotunun uçucu yağ turşularının; bakteriyalara, göbələklərə, bağırsaq qurdlarına və sestodlara (bağırsaq qurdu növü) qarşı təsirli olduğu öyrənilmişdir.
Çörəkotu toxumunun və müxtəlif miqdardakı ekstraktlarının xəstəliyə yol açan bir çox mikro orqanizmlərə qarşı yararlı olduğu məlum olmuşdur.
Bunlarla yanaşı xərçəng hüceyrələrini öldürücü xüsusiyyətlərə malik olduğu və vücuddakı immunitet sistemini gücləndirdiyi bir çox təcrübələrlə müşahidə olunmuşdur.
Məhəmməd Peyğəmbərin (s): "Bu qara dənəcik ölümdən başqa bütün xəstəliklərin şəfasıdır.", buyurduğu çörəkotu toxumları, tərkibi vücudun immunitet sistemini qoruyan və gücləndirən maddələrlə zəngin yaradılmış və insanların yararlanması üçün təqdim edilmişdir.
İnsanlar şəfa qaynağı olan bu bitkini xəmir məmulatlarında sevərək istifadə edir. Çörəkotunun birbaşa yeyilməsi və ya dəmləmə üsulu ilə gündə 2-3 stəkan içilməsi məsləhət görülür. Bir miqdar çörəkotunun üstünə isti su tökülərək 3-4 dəqiqə gözlənilir, sonra süzülərək içilir. Lazım olandan çox istifadə olunduqda ishala səbəb ola bilər. Gündəlik istifadə olunmalı miqdar maksimum 2 qramdır. Bəzən bazarlarda "çörəkotu yağı" adı altında satılan şüşələrə rast gələ bilərsiniz. Bu yağlara ümumiyyətlə çiçək yağları qarışdırıldığı üçün təsirsizdir. Çörəkotunu balla qarışdıraraq yeyənlər də var. Ancaq belə olan vəziyyətdə çörəkotunun toxumunun qabığı mədəmizdə tam həzm olunmadığına görə faydalı qisimlər xaric olmur və toxum tamamilə xaric edilir. Buna görə də çörəkotu toxumları bir qabda döyüldükdən sonra balla qarışdırılaraq yeyilməlidir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.