From Wikipedia, the free encyclopedia
Qara cəngavər peyki (ing. Black Knight satellite) – sui-qəsd nəzəriyyəçiləri tərəfindən[2][3] Yer kürəsi ətrafında 13.000 ildir ki, döndüyü iddia edilən, haradan gəldiyi məlum olmayan cisim.[4][5][6]
Qara cəngavər ilə əlaqələndirilən ilk şəxs Nikola Tesladır. 1899-cu ildə Tesla bir konfransda daim təkrarlanan radio siqnalları aldığını və kosmosdan gəldiyini bildirmişdir.[7][8] 1928-ci illərdə həvəskar bir qrup da eyni siqnalları qeydə almışdır.[9] Daha sonra 1928-ci ildə Oslodan kosmosa qısa radio dalğaları göndərən alimlər də cavab siqnalları almağa başladılar.
Nəhayət, 1954-cü ildə bəzi qəzetlər ("St. Louis Post Dispatch" və "San Fransisco Examiner") ABŞ Hərbi Hava Qüvvələrinin bir xəbərini yayımladıqdan sonra vəziyyət məlum oldu. Xəbərdə Yerin ətrafında iki peykin fırlandığı deyilirdi.[2][3][6] 1960-cı ildə həm ABŞ-nin, həm SSRİ-nin orbitdə peykləri vardı. Amma 11 fevral 1960-cı ildə bir çox qəzet narahatlıq doğuran xəbər yayımladı: Orbitdə heç bir dövlətə məxsus olmayan başqa bir cisim də vardı.[3][6][10] ABŞ donanmasının casus peyklərini qeydə almaq üçün istehsal etdiyi radar ekranı bir cisim yaxaladı. Cismin tünd qara rəngdə olduğu bildirilirdi və nə ABŞ-yə, nə SSRİ-yə məxsus idi. Ertəsi gün qəzetlər daha ətraflı xəbər yayımladı. Peykin afelisi 1728 km, perigelisi 216 km təşkil edirdi. Yer ətrafında bir dövrünü isə 104,5 dəqiqəyə başa vururdu.
O dövrdə ABŞ donanması Discoverer VIII peykinə məxsus olan, 6 metrlik bir parçanın axtarışında idi. 20 noyabr 1959-cı ildə orbitə göndərilən Discoverer VIII kosmosa insan göndərib onu paraşütlü kapsula ilə Yer üzünə endirmək üçün atılan vacib addım idi. Peyk kosmosa uğurla göndərildi, lakin kapsula Qara cəngavərin orbitinə bənzər yerə sürüklənib itdi. Qara cəngavər peykinə bənzəyirdi, lakin eyni deyildi. Peyk sonda itkin elan edildi.[11]
1963-cü ildə astronavt Qordon Kuper Mercury-Atlas 9 missiyasının 15-ci dövrəsində bir UNO gördüyünü bildirdi.[2][3][6] NASA-nın Avstraliyanın Pert şəhəri yaxınlığında Muçea İzləmə Stansiyasında işləyən 100-ə yaxın işçi radar ekranlarında bu hadisəyə şahidlik etdi. Daha sonra rəsmi açıqlamada Kuperin elektonik cihazlarının sıradan çıxdığı və karbon qazı ilə çox tənəffüs etdiyi üçün qarabasma gördüyü bildirildi.[11]
1973-ci ildə Şotlandiya alimi Dunkan Lunan məsələni araşdırmaq qərarına gəldi, norveçli alimlərin əldə etdiyi məlumatları tədqiq etdi. Lunan apardığı araşdırmalar nəticəsində Qara cəngavərin Naxırçı bürcündə yerləşən Epsilon ulduz sistemindəki bir planetə məxsus olduğu qənaətinə gəldi və yaşını 12.600 olaraq hesabladı.[2][3][6]
1998-ci ildə Endeavor orbit aparatı STS-88 missiyası zamanı orbitdə qəribə bir cismin şəkillərini çəkdi. NASA bu şəkilləri öz rəsmi saytında yayımladı, lakin daha sonra şəkillər yox oldu. Şəkildəki cismin Qara cəngavər olduğu iddia edildi.[11]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.