Qarıtəpə
Xocavənd rayonunda kənd From Wikipedia, the free encyclopedia
Xocavənd rayonunda kənd From Wikipedia, the free encyclopedia
Qarıtəpə (əvvəlki adı: Paravatumb) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qağartsi kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Paravatumb kəndi Qarıtəpə kəndi adlandırılmışdır.[2] 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qarıtəpə kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır.
Qarıtəpə | |
---|---|
39°48′19″ şm. e. 46°56′21″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 867 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Paravatumb kəndi XIX əsrin ortalarında Zəngəzurdan gəlmə erməni ailələrinin məskunlaşması nəticəsində yaranmışdır. Tam adı Qişi Paravatumb olmuşdur. Arsakda xristian albanların Kiş məbədi xarabalıqlarının olduğu təpə (tumb) ermənilərin verdiyi addır. Erməni dilində parava "əski", "qədim" və tump sözlərindən ibarətdir. Erməni dilinə daxil olmuş bu söz qədim türk mənşəlidir. Gədəbəy rayonunda Qaravul tomba (kənd adı) və Şəki rayonunda Dumbatəpə (təpə adı) toponimləri ilə bir sıradadır. Türk dillərində tumba, domba "dəyirmi (təpə)" mənasındadır.[3]
Kənd XIX əsrin 20-ci illərində İrandan koçüb gəlmiş erməni ailələrinin məskunlaşmasından sonra Paravatumb (erm. parava "qədim, köhnə" və tumb "təpə" sözlərindən olub, Qaratəpə adının erm. kalkası) adlanmışdır. 1992-ci ildə kəndin əvvəlki adı bərpa edilmişdir. Bu toponim qədim türk dillərindəki qara (köhnə) və təpə sözlərindən ibarətdir. Türkmənistanın cənubunda, Artik dəmiryolu stansiyasından 4 km. şimalda eneolit dövrünə (m. 6. V-Ш minilliklər) aid yaşayış yeri, Türkiyənin Qədirli şəhərindən 22 km. cənub-şərqdə Ceyhan çayı sahilində təpə də Qaratəpə adlanır. Keçən əsrin 30-cu illərinədək Gürcüstan ərazisində Qaratəpə (Qardabani rayonu) adlı yaşayış məntəqəsi qeydə alınmışdır.[4]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.