Qanku Kişi və ya sadəcə Qanku (岸駒?, 1749[1][2][…] və ya 1756, Kanazava – 19 yanvar 1839[3], Kioto) – Yaponiya rəssamı.[4] Kişi rəssamlıq məktəbinin qurucusudur.
Qanku 1749-cu ildə Yaponiyanın Kanazava şəhərində[a] doğulmuşdur.[4] 1784-cü ildə Kioto şəhərində Arisuqava ailəsinin malikanəsində xidmət göstərməyə başlamışdır.[4] Daha sonra imperiya sarayında işləməyə başlamış və həyatının son illərində "Eçizen kamisi" tituluna layiq görülmüşdür.[4]
Qanku özünü öyrədən rəssam olmuş və Kano məktəbinin texnikalarını öyrənmişdir.[4] O, Çin rəssamı Şen Tsuandan və Maruyama-Şico məktəbindən təsirlənmişdir.[4] Qankunun stili digər rəssamlıq məktəbləri ilə eklektik olmuşdur.[4] Qankunun oğlu Qantay və onun kürəkəni Qanryo ilə yanaşı, Qanku tərəfindən övladlığa götürülmüş Renzan, Yokoyama Kazan və Şiray Kayo da Kişi məktəbinin rəssamları olmuşdurlar.[4] Bütün bu rəssamlar quş və çiçək rəssamlığında, eləcə də, heyvan rəsmlərində ustalaşmışdırlar.[4] Qanku, xüsusilə, pələng təsvirləri ilə tanınmışdır.[4]
- Daha sonra İşikava prefekturası.
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.