Qalisiya Atlantik Adaları Milli Parkı
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Qalisiya Atlantik Adaları Milli Parkı (qalis. Parque Nacional das Illas Atlánticas de Galicia; isp. Parque Nacional de las Islas Atlánticas de Galicia) — İspaniyanın muxtar birliklərindən biri olan Qalisiyada yerləşən yeganə milli park. Həmçinin Qalisiyanın ilk milli parkıdır. Qalisiya Atlantik adaları Siyas arxipelaqından, eləcə də, Ons, Salvora və Korteqada adalarından ibarətdir. Milli park sahəsinin 1.200 hektarı quru, 7.200 hektarı su ərazisidir. Qoruq ərazisi İspaniyanın ən çox ziyarət olunan 10-cu milli parkıdır. İspaniyada qurulmuş 13-cü milli parkdır.
Qalisiya Atlantik Milli Parkı | |
---|---|
qalis. Parque Nacional das Illas Atlánticas de Galicia isp. Parque Nacional de las Islas Atlánticas de Galicia | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 84,8 km2 ha |
Yaradılma tarixi | 1 iyul 2002 |
Ziyarətçi sayı | 2009 |
İdarəetmə orqanı | İspaniya Ətraf Mühit Nazirliyi |
Florası | 200-dən çox dəniz yosun növü |
Faunası | dəniz mərcanı, balıqqulağı, qağayı, qaqarka, kayra və delfin |
Yerləşməsi | |
42°22′50″ şm. e. 8°55′59″ q. u.HGYO | |
Ölkə | İspaniya |
Vilayət | Qalisiya |
Rayon |
Pontevedra La-Korunya |
Yaxın şəhər | Viqo |
magrama.gob.es | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Milli parkda dəniz və dəfnə meşəsi ekosistemləri mövcuddur. Burada 200-dən çox dəniz yosunu növü aşkarlanmışdır. Milli parkda xeyli balıqqulağı, mərcan və əsmə növü qeydə alınmışdır. Bundan başqa, Qalisiya Atlantik Adaları Milli Parkında qağayı, maxorka, qaqarka, kayra və delfin görmək mümkündür.
Burada Dəmir dövrünə qədər uzanan insan fəaliyyəti izləri aşkarlanmışdır. Həmçinin Qədim Roma dövrünə aid olan keramikalar tapılmışdır. Orta əsrlərdə adalar dini məqsədlər üçün istifadə olunmuşdur, kilsə buraya sahiblik etmişdir. Zadəganlar adaların sahillərində qəfil hücumlar üçün bazalar qurmuşdular. XVIII əsrə qədər adalarda insanlar məskunlaşmışdılar, lakin quldur basqınlarına görə adalar tərk edilmişdir.
1980-ci ildə Siyas adaları təbiət parkı elan edilmişdir. Siyas adaları həmçinin quşlar üçün Xüsusi Qoruq Ərazisi idi. 13 iyun 2002-ci ildə Qalisiya Atlantik Adaları Milli Parkı qurulmuşdur, Amma 6 aydan sonra "Prestige" neft tankerinin qəzası nəticəsində milli parkın sahilləri neftə bulanmışdır. Təkcə Korteqada adası ziyan görməmişdir. Gələcəkdə milli park ərazisinə Loberiras və Sisarqas adalarının daxil edilməsi planlaşdırılır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.