Qabıllı
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Qabıllı (əvvəlki adı: Qarabullu) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qıvraq kənd inzibati ərazi dairəsi tərkibindəki Qarabullu kəndi Qabıllı kəndi adlandırılmışdır.[2]
Qabıllı | |
---|---|
39°25′42″ şm. e. 45°06′46″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Ərazisində poliqorskit gil yatağı var.
Qabıllı etnogenezi kitabına əsasən, kəndin təməli təqribən 1792-ci ildə qoyulub. Qabıllı kəndi 13 tayfanı özündə birləşdirir:
1. Eyvazalı tayfası 2. Qaraqoyunlu tayfası 3. Qurbanovlar 4. İbrahimovlar 5. Heydər uşağı 6.Əlimərdan 7. Alıverdi tayfası 8. Qacarlar (Qəcərilər) 9. Hüseyin uşağı 10. Seyidlər 11. Niftulla uşağı 12. Sübəli tayfası 13. Hadılı tayfası;
29 mart 2005-ci ildə Qabıllı kəndi Qıvraq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Qabıllı kənd inzibati ərazi vahidi yaradılmışdır.[3]
1833-cü ilin statistikasına görə, Qabıllı kəndi 72-si kişi və 80-ni qadın olmaqla 30 evdən ibarət olub. (Viktor Qriqoryev "Naxçıvan əyalətinin statistik (hesablama) təsviri" kitabı. (2005)-ci ildə 1079 (Naxçıvan ensklopediyası ikinci cild), (2009))-cu ildə 1143 nəfərdir.[4]
Kənddəki rabitə evində 2011-ci ildə 160 nömrəlik elektron ATS quraşdırılmışdır.[5]
2019-cu ilin fevralın 22-də Kəngərli rayonunun Qabıllı kəndində yeni Günəş Elektrik Stansiyası istifadəyə verilmişdir. Stansiyada dünyada qəbul olunmuş son model müasir panellər quraşdırılıb. Şüşə tipli bu panellərin elektrik verilişi alüminium panellərə nisbətən daha yüksəkdir. Eyni zamanda bu panellər imkan verir ki, stansiya qurularkən daha az torpaq sahəsindən istifadə olunsun. 4,7 hektar ərazidə qurulmuş rentabelli Günəş Elektrik Stansiyası muxtar respublikamızın inkişafına, dayanıqlı elektrik enerjisi təminatına və yeni mütəxəssislərin hazırlanmasına imkan verəcəkdir.
Stansiyada yeraltı aşağı və yüksək gərginlikli xətlər, eləcə də rabitə, müşahidə və idarəetmə sistemi üçün optik kabel xətləri çəkilib. İdarəetmə binası 35 kilovoltluq kommutasiya avadanlıqları ilə təmin edilib. Yaxınlıqda yerləşən 110/35/10 kilovoltluq "Qıvraq" yarımstansiyasına qoşulmaq üçün 2 kilometr uzunluğunda 35 kilovoltluq elektrik xətti çəkilib, ərazi çəpərlənib, siqnalizasiya və video-müşahidə qurğuları ilə təmin olunub. Quraşdırılan yeni meteoroloji stansiya ərazidə hava şəraitinə, yağıntının və rütubətin miqdarına nəzarət etməyə imkan verir.
2 meqavat gücündəki Günəş Elektrik Stansiyasının tikintisi Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti ilə İsveçrənin "Pure Energy Development" SARL Şirkəti arasında 2018-ci ildə imzalanmış müqavilə əsasında həyata keçirilib. İl ərzində 3 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcək stansiyada tikinti-quraşdırma işləri qısa müddətdə və yüksək keyfiyyətlə aparılıb, 7452 "şüşə-şüşə" tipli günəş panelləri, hər birinin gücü 50 kilovat olan 41 invertor, içərisində kommutasiya aparatları və digər elektrik avadanlıqları qoyulmuş 2 ədəd 35/0,4 kilovoltluq transformator yarımstansiyası quraşdırılıb və idarəetmə binası tikilib.
60 metr dərinliyi olan subartezian quyusunun günlük su verimi 8,5 tondur. Su nasosunun elektrik təminatı quraşdırılan 2 günəş paneli vasitəsilə həyata keçirilir. Bu da Günəş Elektrik Stansiyasının yaxınlığında salınmış badam bağının və yaşıllıq zolağının su təminatının ödənilməsinə imkan verəcəkdir. Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov Günəş Elektrik Stansiyasının və subartezian quyusunun istifadəyə verilməsinə görə rayon ictimaiyyəti adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Kəngərli r-nu ərazisində, Qıvraq kəndindən 5 km şimal qərbdə, Qabıllı kəndinin şərqindədir. Geoloji qruluşunda Üst Miosnin Sarmat mərtəbəsinin sarımtıl-boz, açıq qəhvəyi, rəngli poliqorskit gilləri və dördüncü dövrün gil və gilçələri iştirak edir.Yatak tcktonik cəhətdən orta Araz törəmə muldasının şimal qərb hissəsində yerıləşir. Sah. 4 kv. faydalı qatın qalınlığı 161-dir. Poliqorskit gilləri kərpiç, kirəmit. məsaməli bloklar, drenaj boruları, üzlük plitələr və aqloparit istehsalına yararlıdır. Yatağın sənaye ehtiyatı 992 min m³ -dir.
Qabıllı kəndi əsasən dağlıq relyefə malik olmaqla, Kənd şimaldan Dərələyəz silsiləsinin qollarından olan Tənənəm dağları ilə əhatələnərək cənubdan Araz çayına doğru istiqamətlənir. Muxtar Respublikanın hər yerində olduğu kimi, iqlimi kəskindir – yayda çox isti, qışda soyuq olur. Kəndin Şimal-qərbi ilə sıralanan çaylaqlar yerli bitki örtüyünü əsasən otlaqlar və kolluqlar ilə təmsil edir. 1, 2, 3, 4, 5-ci çaylaqdan sonra "Böyük təpə" ən yüksək təpə zirvəsidir. Ekoloji sistemində dəyişiklərin təsiri nəticəsində, 30 ildən bəri bu çaylaqlardan sel axmır. Halbuki, sovet dövründə güclü yağıntıların dağlardan gətirdiyi sel, çaylaqları doldurar, böyük bulağa dolar və kənd su daşqınına məruz qoyardı. Bu zaman çaylaqlar arası otlaq ərazilərdə kəndin iri və xırda buynuzlu heyvanları qurtarılmaq üçün gözləyərdi. Çaylaqlarboyu maili düzənliklərdən böyük təpəyə qədər olan ərazilərdə, yaz aylarında murçalıq, göbələk, donbalan sezonu başlayar. Torba və katanka simindən düzəldilmiş mıx (yer qazmaq üçün alət) götürən uşaqlar öncə kiçik təpə, sonra isə çaylaqlardan böyük təpəyə qədər olan ərazilərə yayılaraq göbələk, donbalan, murçalıq toplayardılar. Mürçalığın və çaylaq otunun südündən hazırlanan saqqız həm xeyirli həm də xüsusiləzzəti olardı. Toplanan göbələk və donbalanlar istəyə görə soğan və ya yumurta ilə qızardılır və bu özəl qoxu və ləzzətin dadı çıxardılardı. Çaylaq yamaclarından toplanan Kəklikotu çayının isə qış xüsusi yeri vardır. Kəndin şimal-şərq hissəsi kiçik təpə , kaftarlı qaya, cənuba doğru isə "sarılıq" adlanan gilli ərazi ilə əhatə olunur. Sarılıq, yaz ayları qız və gəlinlərin axışdığı, şomun və qəzayağı sezonu ilə yaddaşlarda həkk olunmuşdur. Bu bitkilər yumurta və soğan ilə qovrularaq yeyilərdi. Ayaqüstü açlığı gidərmək üçün dəvədabanı bitkisinin kökündəki soğanaqlardan qida kimi istifadə edilirdi. Sarılıqda mövcud olan müalicəvi bitkilərdən biri də Çilədağı'dır. Əsasən quyruq piyi ilə döyülərək qarışdırılan bu bitki məlhəmi sınıq və yaralar üçün müalicəvi əhəmiyyətə sahibdir. Cənub-qərbə doğru yarqan, ağıl altı, qazan altı, eşşək ölən, gül bulaq adı ilə tanınan ərazilərdə kəndin təssərüfat sahələri yer alır. Suvarma işi kəhrizlər, Şərqi Arpaçay kanalı və Araz çayı üzərində qurulan nasoslar vasitəsilə həyata keçirilir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.