![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/13/LocationGabon.svg/langaz-640px-LocationGabon.svg.png&w=640&q=50)
Qabon mətbəxi
From Wikipedia, the free encyclopedia
Qabon mətbəxi - Mərkəzi Afrikanın qərb sahillərində suveren dövlət olan Qabon ilə bağlı kulinariya ənənələri, təcrübə, qida və yeməklərdir. Qabon mətbəxinə fransız mətbəxinin böyük təsiri olmuşdur [1],[2] və böyük şəhərlərdə müxtəlif fransız xörəkləri bişirilir.[3] Kənd yerlərində - provinsiya ərazilərində adətən manioka, düyü və yams kimi qida məhsulları çox istifadə olunur.[3][4]
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/13/LocationGabon.svg/640px-LocationGabon.svg.png)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/bd/PeeledCassava.jpg/320px-PeeledCassava.jpg)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4a/Cocos_nucifera00.jpg/640px-Cocos_nucifera00.jpg)
Ət yeməkləri - toyuq, balıq, eləcə də antilop, çöl donuzu (vəhşi qaban) və meymun ətlərindən hazırlanır.[3] Souslar tez-tez istifadə edilir, acı qırmızı bibər pastası ilə hazırlanan souslar daha geniş yayılıb.[3] Meyvələrə banan, papayya, guava, mango, ananas, kokos, avokado və araxis daxildir. [5] Balqabaq, pomidor, qarğıdalı və badımcan da istifadə olunur. [5]