Çöldonuzu və ya qaban (lat. Sus scrofa) — donuzlar fəsiləsindən gövşəməyən cütdırnaqlı məməli heyvan. Bədənin uzunluğu 130–175 sm, kütləsi 60–150 kq. Ayaqları qısa, nisbətən nazikdir. Qaban ölçüləri və proporsiyaları müxtəlifdir. Başı iri, pazşəkillidir. Baş bədənin 1/3 hissəsini təşkil edəcək qədər böyükdür. Başın ölçü və forması yeri qazmaq üçün əlverişlidir. Boyun əzələləri güclüdür. Gözləri xırdadır və nisbətən dərində yerləşir. Qulaqları uzun və enli, gözləri balaca. Bədəni qalın donuz tükülüdür, qışda o daha qalın və daşa uzun olur. Belində donuz tükü pipiyi əmələ gətirib, heyvan qızışanda pipik dik durur.

Cəld faktlar Elmi təsnifat, Beynəlxalq elmi adı ...
Çöldonuzu
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Çöldonuzu
Beynəlxalq elmi adı
Bağla

Kürək sümükləri arasındakı hissədə donqar əmələ gətirmişdir və demək olar ki, hərəkətsiz dərəcədə sərtdir.

Rəngi açıq bozdan tutmuş qarayadək olur. Bala donuzlar zolaqlı olurlar. Qar qabanların hərəkət etməylərinə maneçilik törədir, bu vəziyyətdə onlar yırtıcılar tərəfindən asanlıqla tutula bilərlər. Qar hətta yem axtarmasını da çətinləşdirir.

Alt çənə dişləri yuxarı çənə dişlərinə nisbətən daha uzundur.

Qabanların cüssələri xarici mühit faktorlarından asılıdır. Qidanın bol olduğu ərazilərdə yaşayan qabanlar qidanın az olduğu ərazilərdə yaşayan qabanlardan daha iri olurlar.

Çöl donuzu

Ümumi məlumat

Qaban sürü qurur. Yayda sürü gün batan vaxtdan gün çıxanacan otlamağa çıxırlar. Soyuqlar gələndə qabanlar günorta vaxtı fəallaşırlar. Yem axtararaq, meşə yanğınlarından qaçaraq, qabaq uzun məsafələrə gedə bilir. Hər şeyi yeyir. Bitkilərin köklərini, kök yumrusunu, meyvə gilələrini, qozu, bitkilərin yaşıl hissələrini, həşəratları, xırda heyvanları — molyuskları, balıqları, gəmiriciləri və quşları yeyir. Yemin 2/3 hissəsini torpaqda eşələməklə tapır. Yaşadığı ərazinin ölçüsü yemin miqdarından asılıdır. Yaşadığı əraziyə yatdığı və çimdiyi yerlər (suyla, ya da çirklə doldurulmuş çalalar) də daxildir. İsti olanda heyvan daha tez-tez yuyunur. Cütləşmə noyabr-yanvar aylarında yaranır. Erkəklər xırda qabanları sürüdən qovub, dişiləri təqib edirlər. Cütlüklərin yaradılması prosesi ildə iki dəfə olur. Hamiləlik dövrü 124–140 gün çəkir. Orta hesabla, 4–6 bala doğulur, bu rəqəm hərdən 12-yə də çatır. 2,5–3,5 ayadək ana bala donuzları əmizdirir.

Bir həftəlik donuzlar artıq özbaşına yem axtara bilərlər. Qabanın əsas düşməni canavardır. Qarlı qışda heyvanlar yırtıcının əlindən daha çox itki verir. Amma tək canavarlar çox nadir hallarda qoca qabanlara atılır, çünki bu, çox qorxuludur. Qaban ev donuzu növünün banisidir. Azərbaycanda ovçuluğun əsas obyektlərindən biridir.

Nəsil artırma

Cütləşmə dövrü intisna olmaqla erkək qabanlar əksər hallarda tək gəzirlər. Dişilərə nisbətən daha böyük köpək dişlərinə görə erkəklər dişilərdən fərqlənir. Dişi qaban 2–7 arası balalaya bilir. Dişi qabanlar 6–8 ay içərisində cinsi yetişkənliyə çatır.

Xəstəlik və parazitləri

Qabanlar 20-ə yaxın parazit qurda ev sahibliyi edir. Yoluxma və xəstəliyin artması isti dövrlərə (yaz-yaz ayları) təsadüf edir.

İstinadlar

Mənbə

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.