Azərbaycanın xalq qəhrəmanı Qaçaq hərəkatının görkəmli nümayəndəsi From Wikipedia, the free encyclopedia
Qaçaq Nəbi (1854, Aşağı Mollu, Qubadlı rayonu – 1896) — Azərbaycanın xalq qəhrəmanı, XIX əsrin ikinci yarısında Azərbaycanda "Qaçaq Hərəkatı"nın fəal iştirakçısı.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Qaçaq Nəbi | |
---|---|
Nəbi Alı oğlu | |
Doğum tarixi | 1854 |
Doğum yeri | Aşağı Mollu, Zəngəzur qəzası, Tiflis quberniyası, Qafqaz canişinliyi, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Larin kəndi, Cənubi Azərbaycan |
Vətəndaşlığı | Rusiya imperiyası |
Həyat yoldaşı | Həcər |
Atası | Alı |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Qaçaq |
Vikianbarda əlaqəli mediafayllar |
Qaçaq Nəbi 1854-cü ildə Zəngəzur qəzasının Aşağı Mollu kəndində (indiki Qubadlı rayonununda) anadan olmuşdur. Bəzi mənbələrə görə o, mənşəcə kürddür,[1] digərlərinə görə isə türkdür.[2] 1896-cı ilin mart ayında Nəbi Kərbəladan dönərkən Türkiyə ilə İran sərhədi arasında olan Larni kəndində rus casusları tərəfindən əvvəlcədən hazırlanmış pusqunun qurbanı olmuşdur. Nəbinin xatirəsi indi də Azərbaycan xalqının qəlbində yaşayır. Onun qəhrəmanlığını əks etdirən dastanlar, nəğmələr, şeirlər söylənilir.
Nəbi Yuxarı Mollu kəndindən olan Həcər xanımla ailə qurmuşdur. Həcər xanım da öz həyat yoldaşı Nəbi ilə çiyin-çiyinə, at belində haqsızlığa qarşı mübarizə aparmışdır.
Nəbinin həyat yoldaşı Həcər xanımla yanaşı baldızı Mehri xanım da bu mübarizədə yaxından iştirak etmişdir.
Qaçaq Nəbinin atası Alı kişi ailəsindəki çətinlikləri nəzərə alaraq onu Aşağı Mollu kəndindəki bir varlıya muzdur verir. Yerli mülkədar kəndlilərin torpaqlarını tutmaq istəyirdi. Nəbi buna dözməyib mülkədara müqavimət göstərir. Bundan sonra qaçaq düşür. Özü kimi narazı kəndlilərdən dəstə düzəldir. Onun dəstəsi Naxçıvan və Zəngəzur qəzalarında qaçaqlıq edir. O, kəndliləri zülümkarlardan müdafiə edirdi. Mülkadarların var dövlətini alaraq kəndlilərə paylayırdı. Arvadı Həcər də Qaçaq Nəbinin silahdaşı idi. Çar hökuməti 20 il qaçaq Nəbini dəstəsini məhv etməyə çalışmışdır. Lakin məqsədinə nail ola bilməmişdi. Sonda 1896-cı ildə martın 12-də satılmış iki xain qəflətən Nəbiyə hücum edərək onu öldürmüşdülər.
Qaçaq Nəbinin ailə üzvləri bunlardır:
Məhəmməd Adında ki oğlunu, Nəbi Qaçaq Hərəkatını Davam Etdirmək Və Təhlükəsizlik üçün Cənubi Azərbaycanda Urmu-Xoy-Makı Rayonlarına Göndəribdir
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.