Qətran Təbrizi
From Wikipedia, the free encyclopedia
Qətran Təbrizi (1009 və ya 1012, Şadiabad, Şərqi Azərbaycan ostanı – 1072 və ya 1088, Təbriz) — Təbriz yaxınlğında Şadiabad kəndində anadan olmuş şair və dilçi alim, farsdilli Azərbaycan saray ədəbiyyatının ilk görkəmli nümayəndəsi.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Qətran Təbrizi | |
---|---|
Əbu Mənsur Qətran əl-Azərbaycani (və ya Təbrizi) | |
| |
Doğum adı | Əbu Mənsur Qətran ət-Cəbəli Azərbaycani |
Təxəllüsü | Təbrizi |
Doğum tarixi | |
Doğum yeri | Təbriz, Şadiabad |
Vəfat tarixi | |
Vəfat yeri | Təbriz və ya Gəncə |
Vətəndaşlığı | Rəvvadilər |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | farsca ( qərb ləhçəsi) |
Qətran Təbrizi Vikimənbədə |
XI əsrdə yaşamış Qətran Təbrizinin (1012–1081) ana dili fars dili olmuşdur. Onun bizə gəlib çatmış "Divan"ı əsas etibarilə dövrün hökmdarlarına yazılmış mədhiyyə-qəsidələrdən ibarətdir. Bizə gəlib çatmamış əsərləri arasına "Təfasir fil-lüğətil-fürs" (Fars dilinin izahlı lüğəti), "Qövsnamə" (və ya Quşnamə) və "Vamiq və Əzra" əsərləri daxildir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Qətran Təbrizi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.[1]