Qərbi Azərbaycan ostanı
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Qərbi Azərbaycan ostanı — İranda ostan. Mərkəzi Urmiya şəhəridir.
Ostan | |
Qərbi Azərbaycan ostanı | |
---|---|
fars. استان آذربایجان غربی | |
37°33′10″ şm. e. 45°04′33″ ş. u.HGYO |
|
Ölkə | İran |
Daxildir | III region |
İnzibati mərkəz | Urmiya |
Ən böyük şəhərləri | Urmiya |
Tarixi və coğrafiyası | |
Sahəsi | 37 437 km² |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | IR-04 |
Telefon kodu | 0441 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Ostanın ərazisi 37437 km²[2], əhalisi 2006-cı ildə aparılmış siyahıya almaya əsasən 2.873.459 nəfərdir, əhalinin 60,03% – i isə şəhərlərdə yaşayır.[3]
Bu bölgənin ərazisi vaxtı ilə qədim lullubilər, qutilər, e.ə. 10-cu əsrlərdə isə mannalıların yurdu olmuş, zaman zaman Assuriya, Urartu kimi dövlətlər tərəfindən zəbt olunub; sonunda isə Manna dövləti cənubda yerləşən Midiyanın tərəfindən zəbt edilmiş və dağıdılmışdı. Daha sonralar isə Midiyanın özü ilk fars sülaləsi olan Əhəmənilər tərəfindən çökdürülərək, Azərbaycan ərazisi Əhəmənilər imperiyasının hökmü altına girməli oldu.
Eramızın 4-cü əsrində Sasanilər imperiyası bu əraziləri Adhurpadağan satrapına qatdı. Adhurpadağan adı Atropatena adından törəyib, sonralar ərəbləşdirilmiş formada "Azərbaycan" kimi səsləndirilirdi.[4][5] Qədim Zərdüşt dininə (Zərdüştilik, atəşpərəstlik) aid edilən Təxt-i Süleyman məbədi Qərbi Azərbaycanın Təkab (Tikantəpə) şəhəri yaxınlığında yerləşir.
10-cu əsrdə bu əraziləri sayca artan kürd tayfaları idarə ediblər.[6] 1609–1610-cu illərdə burada kürd tayfaları ilə Səfəvilər dövləti arasında Dimdim döyüşü baş verib. Uzun çəkən döyüşdən sonra kürdlər məğlub edildi, bütün təslim olanlar öldürüldü və regionun kürd əhalisinin mühüm hissəsi I Şah Abbasın əmrinə əsasən Xorasana sürgün edildi. Onların yerinə bu ərazilərə türk əsilli Əfşar tayfası köçürüldü.[7]
1946-cı ildə Sovet ordusu bu əraziləri qısa müddətə işğal etmişdi. Sovet qoşunları buranı tərk etdikdən sonra qısa müddətə burada Azərbaycan Milli Hökuməti və Məhabad Cümhuriyyəti mövcud olublar, lakin qısa müddət mövcudiyyətini sürdürə bilmiş və İrana reinteqrasiya edilmişlər.
2011-ci ilin yanvar ayında Qərbi Azərbaycan ostanında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 77 nəfər həlak olmuşdu.[8] Həmin ilin sentyabr ayında Məhabad şəhərində İran-İraq müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar olaraq keçirilən hərbi paradda ziyarətçilər arasında terrorçuların yerləşdirdiyi bombanın partlaması nəticəsində 12 nəfər həlak olmuş, 80 nəfər isə yaralanmışdı. Partlayışın konkret hansı təşkilat tərəfindən törədildiyi məlum olmasa da, Qərbi Azərbaycan ostanının qubernatoru Vahid Cəlalzadə terror aktını Qərb dövlətləri tərəfindən dəstəklənən inqilab əleyhdarı terrorçu qruplar tərəfindən törədildiyini bildirib.[9]
Geniş düzənliklər və hündür dağlar ostanlığın relyefini təşkil edir. Şimalda Araz çayı və bir sıra dağ çayları əsas su mənbəyidir. Şərqində Urmiya gölü yerləşir. Orta temperatur Urmiyada 10,8 °C, Xoyda 9,4 °C, Məhabadda isə 11,6 °C-dir. Ən yüksək temperatur göstəricisi iyul ayında 34 °C, ən aşağı temperatur isə yanvar ayında –16 °C-dir.
Qərbi Azərbaycan ostanının iqtisadiyyatının böyük hissəsi kənd təsərrüfatına əsaslanır. 2013-cü ildə ostanın Təkab şəhərində Qərbi Asiyanın ən böyük qızıl zavodunun tikintisi planlaşdırılır. Zavodun tikintisinə 60 mln. dollar sərf olunacaq. Ostanın yataqlarında qızılın ehtiyatı 80 ton təşkil edir və oradan hər il 3 ton qızıl çıxarılması planlaşdırılır.[10] Qərbi Azərbaycan ostanının iqtisadi cəhətdən ən inkişaf etmiş ərazisi Urmiya şəhəridir. Urmiya əhalisinin həyat şəraiti ostanın digər əhalisinin həyat şəraitindən çox yüksəkdir. Ostanda yüzlərlə kənd vardır, onların çoxusunda daimi su və elektrik təchizatı, telefon xəttləri və peyk televiziyasına çıxışı var.
24 oktyabr – 13 noyabr 2011-ci il əhali siyahıyaalınmasına əsasən Qərbi Azərbaycan ostanında 3.080.576 nəfər əhali yaşayır.
Əhali əsasən Azərbaycan türklərindən[13][14][15][16][17][18][19], qismən kürdlərdən[20][21] , az sayda ermənilərdən və assuriyalılardan ibarətdir.[22]
Qərbi Azərbaycan ostanı inzibati cəhətdən aşağıdakı şəhristanlara bölünür :
Sıra | Şəhristanın adı | Əhalinin sayı | İdarə etmə mərkəzi |
---|---|---|---|
1 | Bükan şəhristanı | 202.637 | Bükan |
2 | Çaypara şəhristanı | 42.225 | Qaraziyaəddin |
3 | Çaldıran şəhristanı | 44.572 | Çaldıran |
4 | Xoy şəhristanı | 365.573 | Hoy |
5 | Məhabad şəhristanı | 197.441 | Məhabad |
6 | Maku şəhristanı | 174.578 | Maku |
7 | Miyanduab şəhristanı | 245.153 | Miyandoab |
8 | Nəqədə şəhristanı | 117.831 | Nəqədə |
9 | Üşnəviyyə şəhristanı | 63.798 | Üşnəviyyə |
10 | Piranşəhr şəhristanı | 107.677 | Piranşəhr |
11 | Puldəşt şəhristanı | 38.586 | Puldeşt |
12 | Salmas şəhristanı | 180.708 | Salmas |
13 | Serdeşt şəhristanı | 104.146 | Serdeşt |
14 | Şahindej şəhristanı | 89.356 | Şahindej |
15 | Şövt şəhristanı | 51.476 | Şövt |
16 | Təkab şəhristanı | 81.395 | Təkab |
17 | Urmiya şəhristanı | 856.914 | Urmiya |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.