From Wikipedia, the free encyclopedia
Qızıl marka (alm. Goldmark) — Almaniya imperiyası və Veymar Respublikasının pul vahidi.
Valyutanın rəsmi adı "marka"dır (alm. Mark). 1870—1871-ci illərdəki Fransa–Prussiya müharibəsi və bir neçə alman dövlətlərindən ibarət yeni bir dövlət qurulduqdan sonra, 1871-ci il tarixli pul qanunu ilə "marka" adlı yeni pul vahidi tətbiq edildi. 43 il boyunca onun məzənnəsi dəyişməz olaraq qaldı və 1 marka 0,358425 qr təmiz qızıl demək idi.[1]
Alman imperatorluğunun 4 Avqust 1914-cü ildə Birinci Dünya Müharibəsinə girməsindən 3 gün sonra sikkələr və əskinasların qızılla sərbəst dəyişdirilməsi dayandırıldı.[2] Ardınca gələn inflyasiya kağız pulların tamamilə ucuzlaşmasına səbəb oldu. 1917-ci ilin əvvəlində qızıl sikkələr 1,3 kağız marka = 1 qızıl nisbətində dəyişdirilirdisə, 1919-cu ildə nisbət artıq 14,5 kağız markaya bərabər oldu.[3] Hiperinflyasiya ona gətirdi ki, 1923-cü ildə yeni renta markanı 1 trilyon kağız markaya dəyişdirirdilər.[4]
Birinci Dünya müharibəsinin başlaması ilə Alman imperiyası bir sıra çətinliklərlə üzləşdi. Onlardan biri müharibə aparmaq üçün böyük maliyyə xərcləri idi. Bu, dövriyyədə olan nağd pulun kəskin çatışmazlığının yaranmasına, yəni iqtisadiyyatın demonetizasiyasına səbəb oldu. Gümüş və qızıl sürətlə dövriyyədən çıxdılar. Tezliklə əhali misdən hazırlanmış sikkələri də yığmağa başladı. Mərkəzi bankın qiymətli metallardan kütləvi sikkə zərb etməyə davam edə bilmədiyi şərtlər altında bir sıra şəhərlərə özlərinə məxsus təcili hal pullarını (alm. Notgeld) buraxmağa icazə verildi. Beləliklə, dövlət ərazisində, mərkəzi hökumət tərəfindən buraxılan pullarla yanaşı, müxtəlif ərazilərin 5 mindən çox növ əskinasları dövriyyəyə girdilər.[5]
Eyni zamanda, daim ucuzlaşan kağız pullar və Alman İmperiyasının min növ notgeldi dövriyyədə olduğu fonunda, gümüş və qızıldan hazırlanmış sikkələr rəsmi olaraq qanuni vasitə olaraq qalırdı. Yalnız 1924-cü ilin avqust ayında, yeni pul vahidi reyxsmarkanın tətbiqi ilə qızıl markanın demonetizasiyası həyata keçirildi.[6]
Maliyyə sisteminin çöküşü şəraitində təcili hallar pulu və davamlı olaraq dəyərdən düşən əskinaslara (kağız markası) qarşı qoyulması üçün "qızıl marka" anlayışı tətbiq olundu.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.