Qızılüzən
From Wikipedia, the free encyclopedia
Qızılüzən(Qızılözən) çayı — uzunluğuna görə İranın ikinci çayı, əsasən Cənubi Azərbaycan ərazisindən axır.
Cəld faktlar Ölkə, Mənbəyi ...
Qızılüzən | |
---|---|
azərb. Qızılüzən, fars. Sefid Rud | |
| |
Ölkə |
İran İran Kürdüstan ostanı Şərqi Azərbaycan ostanı Ərdəbil ostanı Zəncan ostanı Qəzvin ostanı Gilan ostanı |
Mənbəyi | Qırxbulaq dağı |
Mənsəbi | Şabanau |
• Yüksəkliyi | 0 m |
Uzunluğu | Səfidrudla birlikdə 720 km |
Hövzəsinin sahəsi | 56,2 min. km². |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Azərbaycan türkcəsindəki adı olan "Qızılüzən" adı "qızıl" (qırmızı rəng) və "özən" (çay, axar su) sözlərindən ibarətdir. Həmçinin bu addakı "qızıl" (qırmızı rəng) hissəsini tarixən coğrafi məkan adlarında kompas yönlərini bildirən rəng adlarıyla əlaqələndirib, adı "cənubi çay" (qırmızı rəng vaxtilə cənub yönünü bildirmək üçün istifadə olunub) şəklində açıqlamaq olar. Çayın farsca adı olan "Səfidrud" adı isə "ağ çay" deməkdir ("səfid" sözü farsca "ağ rəng", "rud" isə "çay, axar su" deməkdir).