Qırğız tarixi dövləti From Wikipedia, the free encyclopedia
Qırğız xanlığı və ya Qara-qırğız xanlığı (qırğ. Кара-кыргыз хандыгы) — 1842–1854-cü illərdə mövcud olan müvəqqəti dövlət. Müasir Qırğızıstan ərazisinin şimal hissəsində, bir sıra şimal qırğız qəbilələrinin birləşməsi nəticəsində elan edilmişdir. İlk və son xanı Ormon xan idi. 1844-cü ildə Omon xan Bişkek şəhərini Kokand xanlığının əlindən aldı. Ormon xanın ölümü Qara Qırğız xanlığının tamamilə parçalanmasına səbəb oldu və onun əraziləri Rusiya imperiyasına birləşdirildi.
Xanlıq | |
Qırğız xanlığı | |
---|---|
Qırğız xanlığı | |
|
|
Dilləri | Qırğız dili |
Rəsmi dilləri |
özbək fars |
Dövlət dini | İslam |
Əhalisi | qırğızlar |
İdarəetmə forması | monarxiya |
Xan | |
• 1842-1854 | Ormon xan |
1842-ci ilin yayında, İssık-Kulun qərbində, Kotmaldı bölgəsində, bir sıra şimal qırğız qəbilələrinin qurultayı keçirildi. Qurultayda Sarıbağış, Buqu, Sayak, Solto, Saruu, Kuşçu, Monoldor və Jetigen qəbilələri iştirak edirdilər. Sarıbağış qəbiləsindən olan Ormon Niyazbek oğlu xan elan edildi və qədim bir ayinə əməl edərək ağ keçə döşəməyə mindirildi. Sonra ayinə uyğun olaraq "Ai Tuyak"adlı ağ ayğır at qurban kəsildi. Tac yerinə başına üstü qırmızı qalpaq qoydular.[1]
Ormonun XIX əsrdə monarxiya titulunu qazanması mənasını verəcək xan elan edilməsi ümumiyyətlə qəbul olunsa da, Ormon xarici əlaqələrdə heç vaxt xan rütbəsindən istifadə etməmiş və qonşu dövlətlər tərəfindən tanınmayan hər hansı bir monarxiyaya iddia etməmişdir. Belə ki, Rusiya məmurları ilə yazışmalarda Ormon özünü ən çox "baş Manap Kara Qırğızlı Urman Niyazbekov" kimi təqdim etmişdir.[2] Öz növbəsində, Rusiya məmurları onu yalnız "hörmətli Manap Urman Niyazbekov" adlandırırdılar. Eyni zamanda Rusiya məmurları məktublarda rəsmi təqdimat hissəni qəsdən boş buraxırdılar. Çünki, bu Ormonun "Kara Qırğızların Manapları"na rəhbərlik etmək iddialarına işarə edə bilərdi.[3]
Kokand xanlığı Ömər xanın (1817–1821) dövründə Cənubi Qırğızıstanın fəthinə başlamış və Məhəmmədəli xanın (1822–1842) dövründə bütün Qırğızıstanın fəthini tamamilə tamamlamışdır. Məhəmmədəli xan qoşunlarının rəhbəri minbaşı Hakkulanın 1830-cu illərdə Daşkənd kuşbegi üzərində yürütdüyü kampaniyalarla bütün Şimali qırğız tayfalarının birlikdə Kokand xanının hakimiyyətinin bərqərar olmasına gətirib çıxardı. Qırğızların Kokand hakimiyyətinə qarşı silahlı müqavimətinin sonu, Atantay və Tailak (Sayak qəbiləsinin başçıları) başçılıq etdiyi Sayak qəbiləsinin 1831-ci ildə Narının yuxarı axınındakı döyüşdə məğlubiyyəti ilə gəldi. Tarixçilər hesab edir ki, qırğızların asanlıqla Kokana tabe olma səbəbi, yerli tayfalar arasındakı daxili çəkişmələr olmuşdur. 1840-cı illərin əvvəllərində bütün qırğız tayfaları bu və ya digər dərəcədə Kokand xanlığının hakimiyyətini tanıyırdılar. Kokandlar öz hakimiyyətini qorumaq üçün qırğızların köçəri düşərgələrində qalalar tikdilər: Pişpək, Tokmak, Merke — Çu çayı üzərində, Aulie-Ata — Talas çayı üzərində, Kurtka vəToquz-Toro — Narın çayı üzərində, Ketmen-Tube və Jumgal — Jumgal çayı üzərində, Bustan -terek və Taşkurqan — Pamirdə.
Kokanda tabelik dərəcəsi müxtəlif qırğız tayfaları arasında fərqlənirdi: şimal qırğız tayfaları Kokanda çox zəif tabe idilər və bunu yalnız zəkat vergisinin ödənilməsi şəklində ifadə edirdilər və daxili idarəçiliyi baxımından demək olar ki, müstəqil qalmışdılar. Onlar sərbəst qəbilələrarası və hətta tez-tez xarici əlaqələrə də malik idilər. Pişpək qalası ətrafında yaşayan Solto qəbiləsi, Aulie-Ata qalasının cənub-şərqindəki Talasdakı Saruu və Kuşçu tayfaları daha çox asılı vəziyyətdə idilər. Ümumiyyətlə Cənubi Qırğızıstan tayfaları Kokanda tamamilə tabe olmuşdular. Cənubi Qırğızıstan qəbilələrinin feodal başçıları Kokand xanlığının dövlət və siyasi quruluşuna tam inteqrasiya edilmişdilər. Onlar Kokand xanlığının bütün işlərində əhəmiyyətli rol oynayır və bəzən onların taxta çıxmasında həlledici səsə malik olurdular.[4].
1841-ci ildə şimali qırğız tayfaları Kokand xanlığına qarşı üsyana qalxdılar. Ormon xan üsyanın lideri seçildi. Qısa müddətdə Ormon xan bir neçə Kokand qalasını ələ keçirməyə müvəffəq oldu. 1844-cü ildə isə Ormon xanın başçılığı ilə qırğız üsyançıları Kokandın əsas qalalarından olan Pişpeki tutdular.[5]
Rusiya imperiyası ilə müharibə aparan Qazax xanı Kenesarı xan 1844-cü ildə ruslar tərəfindən sıxışdırılırdı. Rusiya böyük qüvvə toplayaraq Kenesarı xanın üzərinə hücuma hazırlaşan zaman o, onunla ittifaqa girməyən, hər tərəfdən Ruslara yardım göstərə biləcək Kokant xanını cəzalandırmaq üçün 1845-ci ildə yürüşə başlayır. Bundan xəbər tutan ruslar şimaldan Baykal gölü tərəfdən qəfil Qazax xanlığına hücuma keçir. Ruslarla Kokand xanlığının hərbi qüvvələri arasında mühasirədə qalan Kenesarı 1846-cı ildə qırğız torpaqlarına soxulmaq məcburiyyətində qalır. Kensarı Çu və İli çayı vadisindəki Yeddisu ərazisinə çəkilməyə məcbur olur. Burada Kenesarıxan qırğız tayfalarının başçısı Ormon xan ilə Rusiya və Kokanda qarşı birgə ittifaq bağlamağa çalışdı. Lakin Ormon xanın başçılıq etdiyi qırğızlar onun təklifini rədd etdilər. Qırğızlara qəzəblənən Kenesarı xan, Çu çayı yaxınlığında qırğız tayfalarının düşərgəsinə hücum etməyə başladı. Qırğızlara qarşı ilk hücum 1846-cı ildə baş verdi. Kenesarı xanın qırğızlara edilən hücumunu onların sərhəddəki Solto, Saruu və Kuşçu qəbilələri dəf etdi. Kenesarı xanın ikinci hücumu 1847-ci ilin fevralında baş verdi. 20 minlik qoşunla Kenesarı xan qırğız torpaqlarına soxuldu. Maitob qəsəbəsində Ormon xanın başçılıq etdiyi qırğız ordusu onu qarşıladı. Qeyd edək ki, Kenesarı xanın qırğızlarla müttəfiq ola bilməməsinin səbəbi rusların kəşfiyyat fəaliyyəti idi. Belə ki, Rusiya imperiyası qırğızları inandırmışdı ki, Kenesarı xan Çinlə ittifaqa girib. Kokand xanlığını özünə tabe etdikdən sonra qırğızların üzərinə yürüş təşkil edəcək. Düşmənin bu hiyləsinə inanan qırğızlar Kenesarı xana kömək etməməklə həm qazaxların həm də özlərinin Rusiya işğalı altına düşməsinə şərait yaratmış oldular. Beləliklə Maytob döyüşündə Rüstəm sultan və Sabatay sultanın qoşunun əhəmiyyətli hissəsini geri çəkməsi nəticəsində Kensarı xan ağır məğlubiyyətə uğrayır.[6] Kenesarı xanın qalan qoşunları darmadağın olduqdan sonra, onun özü əsir alınaraq edam edilir.[7]
Kenesarı xanın ordusunun məğlub olması, Ormon xanın onu edam etməsi həm Rusiyada, həm də Kokandda məqbul kimi qəbul edildi.[8] Rusiya hökuməti, Kenesarının məğlubiyyətindən məmnun qaldı və Ormon xanla Jantaı qızıl medallarla təltif edərək, onlara üzəri qızılla toxunmuş xalat hədiyyə etdi. Kenesarı xan və silahdaşları Dairbek, Kalça və Aksakalı tutmağı bacaran 13 əsgərə də qızıl medallar verildi.[6].
1854-cü ildə Ormon xan və buqu qəbiləsinin ali manapı (başçısı) Borombay bəy arasında müharibə başladı. Nəticədə Ormon xan İssık-Kulda Borombay bəyə hücum etdi. Lakin məğlub olaraq əsir düşdü. Ormon xan əsir düşməsindən sonra bir müddət fəxri əsir kimi saxlanılırdı. Borombay bəy Ormon xanı müəyyən bir şərtlə sərbəst buraxmaq fikrində idi. Əsas şərt isə onun torpaqlarına bir də hücum edilməyəcəyi şərti olmalıydı. Ancaq Buqin qəbiləsinin başçılarından olan Omon xanın çoxdanki, düşməni Balbay-batır bunu öyrənincə Ormon xanı edam etdi.[9]
Ormon xanın qətli Qara-qırğız xanlığının tamamilə dağılmasına gətirib çıxardı. Bundan sonra onun əraziləri Rusiya imperiyası tərəfindən işğal olundu.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.