Pyeta (Mikelancelo)
From Wikipedia, the free encyclopedia
Pyeta (it. Pietà) — İntibah dövrünün məşhur sənətkarı Mikelancelo Buonarotti tərəfindən 1498-1499-cu illərdə hazırlanmış və Vatikandakı Müqəddəs Pyotr bazilikasında saxlanılan məşhur heykəldir. Bu heykəl sənətkarın eyni mövzuya həsr edilmiş əsərlərindən birincisidir. Heykəl Romada təmsilçi olan Fransız kardinal Jan Bilyer de Laqraulasın himayəsi ilə hazırlanmışdır. Karrar mərmərindən yonulmuş heykəl kardinalın məzarı üçün nəzərdə tutulsa da, XVIII əsrdə indiki yerinə — bazilikanın əsas girişindən sağa gətirilmişdir. Bu heykəl Mikelancelonun imzalanmış yeganə əsəridir.
Pyeta | |
---|---|
Pietà vaticana | |
Ölkə | Vatikan |
Yerləşir | Vatikan |
Heykəltaraş | Mikelancelo |
Sifarişçi | Kardinal Jan Bilyer de Laqraulas |
Tikilib | təq. 1499 |
Hündürlüyü | 174 sm |
Material | ağ mərmər |
Saxlanıldığı yer | Müqəddəs Pyotr bazilikası, Vatikan |
Sayt |
vaticannews.va/de/vatika… vatican.va/various/basil… vaticanstate.va/it/servi… |
Vikianbarda əlaqəli mediafayllar |
Məşhur sənət əsərində Çarmıxa çəkilmədən sonra İsanın bədəni anası Məryəmin dizləri üstündə təsvir edilmişdir. Mövzu şimal mənşəli olsa da, həmin dövrdə Fransada məşhur idi, İtaliyada isə geniş yayılmamışdı. Mikelancelonun “Pyeta” heykəli italyan heykəltaraşlığı üçün görünməmiş bir addım idi. İntibah idealları və naturalizmlə klassik gözəlliyi əks etdirməsi baxımından bu əsər dünya incəsənətinin ən mühüm nümunələrindən biridir.