Puer (çin. 普洱茶; pǔ'ěrchá, yəni Puerdən çay) — mənşəyi Çinin Yunnan bölgəsindən gələn fermentləşmiş çay.

Thumb
Puer

Puer yaxud da pu – er kimi də adlandırılır.[1] Bu çay növü vəhşi təbiətdə bitən ağacların yarpaqlarından əldə olunur.[2][3] Puer çay növü sarımtıl, yaşıl rəngdə olan tiplərdəndir. Müalicəvi və dadlı tərkibə malik olan çay özünün saxlama müddətindən asılı olaraq keyfiyyəti və dəyəri qalxır.[4]

Krallar üçün nəzərdə tutulmuş ən yaxşı çay növü olan puer hətta 100 il müddətinə də saxlanıla bilinir. Çinlilərin ənənəvi təbabət aləmində puer çayı insana güc verən və onun orqanizmini alkoqol içkilərdən təmizləyən ünsür kimi tanınır. Bununla yanaşı insan orqanizminə təsir edən zəhərlənmə hadisələrinə və baş vermiş bütün xəstəliklərin bir çoxuna dərmandır.[2]

Puer yaddaşın daha da inkişaf etməsinə kömək edir, zehni gücləndirir və qida təminatınızı qaydaya salır. Müasir xadimlər puerin tərkibini öyrənmişlər, onlar bildirir ki, bu çay təzyiqi normallaşdırır, şəkəri aşağı salır, həmçinin artıq çəkidən insanı azad edir. Puer çayının ən yaxşı növü Çinin Yunnan vilayətində satılır.[2]

Tarix

Fermentləşmiş çaylar Çinin cənubunda yaşayan etnik qruplar tərəfindən tarixən hazırlanırdı. Bu çaylar adətən ucuz idilər.[5] Yunnanda yaşayan bulan və day etnik qrupları ən gec X əsrdən bəri Cinmay dağında puer çayını istehsal edirdilər.[6]

İstinadlar

Mənbə

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.